Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ-İran qarşıdurmasının yeni mərhələsi Yəmən üzərindən Qırmızı dənizə də sirayət edib. İranın dəstəklədiyi husilərin Bab əl-Məndəb boğazından keçən Səudiyyə Ərəbistanı ilə əlaqəli neft tankerlərini hədəfə alacaqlarını bəyan etməsi qlobal enerji bazarlarında narahatlığı artırıb.

    Ekspertlər hesab edirlər ki, təhdidlərin reallaşması neft qiymətlərinin yüksəlməsinə və beynəlxalq ticarət marşrutlarında ciddi risklərin yaranmasına səbəb ola bilər.

    Bab əl-Məndəb boğazında təhlükəsizlik böhranı uzunmüddətli xarakter alarsa, bu, Yaxın Şərqdə qüvvələr balansını və region ölkələrinin siyasi mövqelərini necə dəyişə bilər?

    VOABizimyol.info-ya istinad edərək xəbər verir ki, siyasi şərhçi Rufiz Hafizoğlu açıqlamasında bildirib ki Bab əl-Məndəb boğazının bağlanılması və Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinin guya tam mühasirəyə alınması ilə bağlı yayılan məlumatlar son dövrlərdə İran–İsrail–ABŞ gərginliyi fonunda dəfələrlə gündəmə gəlib.

    Onun sözlərinə görə, "Bab əl-Məndəb olduqca aktual məsələdir və bu məsələ ümumilikdə İran–İsrail–Birləşmiş Ştatlar gərginliyi fonunda artıq dəfələrlə aktuallaşıb, daha doğrusu, gündəmə gəlib. Bəli, təəssüflər olsun ki, bu gün İranın nəzarəti, daha doğrusu, birbaşa təsiri altında olan Husi qruplaşmaları bu bölgəyə nəzarət edirlər."

    Rufiz Hafizoğlu bildirib ki, digər tərəfdən, Səudiyyə Ərəbistanı husilərin səsləndirdiyi iddiaları təkzib edib:

    "Dünən axşam saatlarında Səudiyyə Ərəbistanı açıqlama verdi ki, husilərin iddiaları həqiqəti əks etdirmir və Səudiyyə tankerləri mühasirədə deyil. Belə bir açıqlama var. Bunun nə dərəcədə doğru olması isə ayrı məsələdir."

    Siyasi şərhçi bildirib ki, Husi məsələsinin yenidən gündəmə gətirilməsi təsadüfi deyil və bu, Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə birbaşa bağlıdır.

    "Problem ondan ibarətdir ki, Husi məsələsi yalnız və yalnız Hörmüz boğazı məsələsi aktuallaşanda gündəmə gətirilib. Əslində, husilər bu münaqişə başlamazdan əvvəl də davamlı olaraq Səudiyyə Ərəbistanı ərazisini, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərini və qonşu ərəb ölkələrini təhdid edirdilər", – deyə o bildirib.

    Onun sözlərinə görə, həmin dövrdə Körfəz ölkələri bu təhlükə barədə ABŞ-ni məlumatlandırsalar da, Vaşinqton bunun qarşısının alınması istiqamətində ciddi addımlar atmayıb.

    "Körfəz ölkələri Birləşmiş Ştatlara belə bir problemin olduğunu söylədikləri zaman, Birləşmiş Ştatlar bunun qarşısının alınması üçün hər hansı addım atmadı. Səudiyyə Ərəbistanının rəhbərliyi altında bir koalisiya yaradıldı və bu koalisiyada Türkiyə də daxil olmaqla bir çox ərəb və Körfəz ölkələri iştirak etdi. Amma mahiyyət etibarilə bu koalisiya geniş mənada uğur əldə edə bilmədi", – deyə o bildirib.

    Rufiz Hafizoğlu bunun səbəbini radikal silahlı qrupların istifadə etdiyi taktika ilə izah edib:

    "Çünki bu, ümumiyyətlə bütün radikal qrupların – istər husilər olsun, istər Hizbullah olsun, istərsə də digərləri – istifadə etdiyi beynəlxalq praktikadır. Öz maraqlarını qorumağa çalışan radikal qruplaşmalar hərbi məqsədlərlə istifadə etdikləri obyektləri şəhərlərin daxilində, dinc insanların yaşadığı ərazilərdə yerləşdirirlər. Bu da həmin obyektlərə zərbələrin endirilməsini olduqca çətinləşdirir. Zərbələr endirilən zaman isə nəticədə mülki əhali arasında itkilər olur və bu da beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır."

    Siyasi şərhçi vurğulayıb ki, ABŞ uzun müddət Husi təhlükəsinə göz yumsa da, sonradan öz maraqları təhlükə altına düşdüyü üçün mövqeyini dəyişib.

    "Dolayısı ilə, Birləşmiş Ştatlar vaxtilə Husi məsələsinə göz yumdu. Husi məsələsi Birləşmiş Ştatlar üçün nə zaman aktuallıq kəsb etməyə başladı? Husilər artıq açıq şəkildə Birləşmiş Ştatların bölgədəki hədəflərini və gələcək prioritetlərini təhdid altına aldıqları zaman Husi məsələsi Vaşinqton üçün gündəmə gəldi. Amma Səudiyyə Ərəbistanı bu problemin daim aktual olduğunu qeyd edirdi, bu problemi yaşayırdı, lakin qulaq asan yox idi."

    Onun fikrincə, Bab əl-Məndəb boğazında baş verənləri Hörmüz boğazındakı proseslərdən ayrı qiymətləndirmək düzgün deyil.

    " Bab əl-Məndəb boğazında, yəni keçiddə yaşanan gərginlik Qırmızı dənizdə və Hörmüzdə yaşanan problemlərdən ayrı qiymətləndirilməməlidir. Bu, həmin münaqişənin daha genişlənmiş forması, daha doğrusu, İran və husilər tərəfindən daha qabarıq şəkildə nümayiş etdirilən güc göstəricisi kimi qəbul olunmalıdır. Ən azından ilkin mərhələdə bu iki problemi bir-birindən ayırmağımız düzgün deyil və eyni zamanda bu, husilərin güc nümayişi kimi qiymətləndirilməlidir."

    Rufiz Hafizoğlu hesab edir ki, bölgədə mövcud olan təhdidlərin, o cümlədən Husi təhlükəsinin qarşısının alınması istiqamətində artıq konkret addımlar atılır.

    "Lakin tam əmin olun ki, bölgədəki bütün təhdidlərin, o cümlədən Husi təhdidinin bu və ya digər şəkildə qarşısı alınacaq. Artıq son günlər Yəmən hava limanının bombalanması, İrandan gələn hərbi nümayəndə heyətinin ora enə bilməməsi, Yəmənlə İran, daha doğrusu, husilərlə İran arasında olan körpünün dağıdılması əslində bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilməlidir", – deyə siyasi şərhçi Rufiz Hafizoğlu bildirib.

    #İsrail #İran #Birləşmiş Ərəb Əmirlikləri #ABŞ #Rufiz Hafizoğlu #Yəmən #Qırmızı dəniz #Hizbullah #Yaxın Şərq #Vaşinqton #Bab əl-Məndəb #Hörmüz boğazı #Körfəz ölkələri #Səudiyyə Ərəbistan #Birləşmiş Ştatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    23 İyul 2026 13:40

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    23 İyul 2026 10:57

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    23 İyul 2026 09:41

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    23 İyul 2026 09:29

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    22 İyul 2026 21:44

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16
    XƏBƏR LENTİ

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    Türkiyədə iş yeri satışları artıb – iyunda 16,5 mindən çox obyekt satılıb

    ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

    Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

    Türkiyədə mənzil satışları iyunda 130 minə yaxınlaşdı – ipoteka satışlarında kəskin artım (ÖZƏL)

    Türklərin İslamı qəbul etmə tarixi: Talas döyüşü və "qılınc müsəlmanı" mifinin cəfəngiyyatı

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    Ekoloji dönüş – Səudiyyə 99,4 milyon hektar torpağı bərpa edir

    Visit Qatar “Qatar Goodwood Festival 2026″nın rəsmi tərəfdaşı oldu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.