VOA analitika: Geosiyasi təhlillər

Yaxın Şərqdə dəyişən geosiyasi mənzərə fonunda İraq ABŞ və İran arasında balanslı siyasət yürütməyə çalışır. Bağdad bir tərəfdən Vaşinqtonla strateji əməkdaşlığı inkişaf etdirməyə, digər tərəfdən isə Tehranla münasibətlərini qorumağa çalışsa da, regional rəqabət və daxili siyasi parçalanma bu prosesi mürəkkəbləşdirir.

Almaniya hökuməti Avropada artan geosiyasi risklər fonunda hərbi xidmət sistemində dəyişiklik etməyə hazırlaşır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi hökumət könüllülük prinsipinə əsaslanan yeni hərbi xidmət modelini nəzərdə tutan qanun layihəsini kabinetə təqdim edib. Qanun layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, zərurət yarandığı halda məcburi hərbi xidmətin yenidən tətbiqinə hüquqi baza yaradır. İlk mərhələdə Almaniya ordusunun – Bundesverin – şəxsi heyətinin artırılması planlaşdırılır.

Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) İraqdakı Kərkük neft yataqlarının inkişafı layihəsində mühüm tərəfdaşlardan birinə çevrilib. Şirkət BP və ConocoPhillips ilə birlikdə yaradılan konsorsiumda 15 faiz pay əldə edib. Razılaşma çərçivəsində TPAO, BP və ConocoPhillips Kərkükdəki Baba və Avanah strukturları, eləcə də Bai Hassan, Jambur və Khabbaz yataqlarında hasilatın artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.

İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı. Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.

Avropada məscidlərin və minarələrin artan görünürlüğü, eləcə də xristian irsinin cəmiyyətlərdəki rolu ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ekspertlərin fikrincə, bu mübahisələr yalnız dini amillərlə deyil, daha çox Avropa ölkələrinin tarixi-mədəni kimliyinin qorunması məsələsi ilə əlaqəlidir. Mütəxəssislər hesab edir ki, Avropada xristianlıq bir çox cəmiyyətlər üçün artıq yalnız dini inanc sistemi deyil, eyni zamanda tarixi yaddaşın, memarlığın və milli identikliyin mühüm elementlərindən biridir. Bu səbəbdən dini simvolların ictimai məkandakı görünürlüğü bəzən mədəni kimlik müzakirələrinə səbəb olur.

Somali xalqı ölkənin müstəqilliyinin və birliyinin 66-cı ildönümünü qeyd edir. 1960-cı il iyulun 1-də Britaniya Somalisi ilə İtaliya Somalisinin birləşməsi nəticəsində Somali Respublikası müstəqil dövlət kimi yaranıb. Müstəqillik günü illər ərzində Somali xalqının milli yaddaşında birlik və dövlətçilik ideyasının simvoluna çevrilib. Lakin ölkənin sonrakı tarixində yaşanan siyasi böhranlar, vətəndaş müharibəsi və dövlət institutlarının zəifləməsi bu bayramın uzun müddət həm qürur, həm də ağır keçmişin xatirələri ilə qeyd olunmasına səbəb olub.

Suriya Prezidenti Əhməd əş - Şəraanın “Əl-Cəzirə” telekanalına müsahibəsində verdiyi açıqlamalar ölkəsinin regional siyasətinin əsas istiqamətləri ilə bağlı mühüm mesajlar kimi qiymətləndirilir. Müsahibə zamanı əsas diqqət Suriyanın İsraillə münasibətlərinin gələcəyi, Livandakı proseslər və İraqla inkişaf edən əlaqələrə yönəlib. Tədqiqatçılar hesab edirlər ki, Şəranın açıqlamaları Dəməşqin regionda daha balanslı və diplomatik xətt yürütmək niyyətini göstərir.

Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar fonunda kiçik Körfəz dövləti olan Qətər beynəlxalq münaqişələrin həlli və sülh danışıqlarında mühüm vasitəçi kimi özünəməxsus mövqe qazanıb. ABŞ-ın keçmiş diplomatı və siyasi elmlər professoru Uilyam Lourensin fikrincə, Qətər diplomatik hazırlığa yatırımlar, genişlənən beynəlxalq əlaqələr şəbəkəsi, ABŞ ilə strateji tərəfdaşlıq və həm dövlət, həm də qeyri-dövlət aktorları ilə açıq dialoq imkanlarını qorumaq siyasəti sayəsində qlobal vasitəçilikdə önəmli rol əldə edib.

Ayətullah əs-Səyyid Əli əs-Sistaninin vəfatından sonrakı dövrdə Ali Şiə Dini Mərcəiyyətinin gələcəyi nəinki İraq daxilində, eləcə də regionun və dünyanın aparıcı paytaxtlarında böyük tədqiqat marağı, sıx siyasi gözlənti və diqqətlə izlənilir. Uzun onilliklər ərzində Nəcəfdəki Ali Mərcəiyyət yalnız ənənəvi dini təsisat olmaqla kifayətlənməyib, milyonlarla müqəllid üçün həlledici dayaq və sərhədləri aşan bir istinadgah, həmçinin Yaxın Şərqin mürəkkəb siyasi balansında mötədil bir qüvvə və sabitlik amili olmuşdur. Bu təsisat son dərəcə təhlükəli mərhələlərdə dövləti və cəmiyyəti qorumaq qabiliyyətini sübut etmişdir ki, bu da orada rəhbərliyin keçidi məsələsini elmi Hövzə divarlarını aşan bir mövzuya çevirir.

Təsəvvür edin, Abbasi dövrünün Bağdadından olan bir müsəlman tələbə eramızın X əsrindən zamanın sərhədlərini aşaraq müasir dövrə — Oksford və ya Sorbonna universitetlərinin auditoriyalarına səyahət edir. O, sakitcə mühazirə zalında əyləşərək tələbələrlə professorlar arasında gedən elmi mübadiləni izləyir. Bu mənzərə ona yad gəlməz – əksinə, tanış və doğma görünər.

ABŞ prezidentlərinin hər gün əldə etdiyi ən məxfi sənədlərdən biri hesab olunan Prezidentin Gündəlik Kəşfiyyat Brifinqi (President’s Daily Brief – PDB) onilliklərdir Vaşinqtonun strateji qərarvermə mexanizminin əsas elementlərindən biri kimi çıxış edir. Britaniyalı kəşfiyyat tarixçisi Kristofer Endryunun ifadəsi ilə desək, bu sənəd “dünyanın tirajı ən az olan, ən məxfi və ən çox məlumatlı gündəlik nəşri” hesab edilə bilər.