BAKI,VOA
“Visit Qatar” Böyük Britaniyanın Vest Sassex qraflığında iyulun 28-dən Avqustun 1-dək keçiriləcək “Qatar Goodwood Festival 2026” tədbirinə ardıcıl ikinci il rəsmi tərəfdaş kimi qatılır. Bu tərəfdaşlıq Qətər Dövlətinin dünya miqyasında nüfuzlu idman və təbliğat platformalarındakı aparıcı mövqeyini bir daha təsdiqləyir.
ArabAZ xəbər verir ki, britaniyanın ən qədim və möhtəşəm at yarışlarından biri ilə davam edən bu əməkdaşlıq keçən ilki uğurları daha da möhkəmləndirir. Bu addım Qətərin beynəlxalq idmana daimi dəstək öhdəliyini və Qudvud atçılıq zolağı ilə olan tarixi əlaqələrinin dərinliyini göstərir.
Builki festival çərçivəsində “Visit Qatar” tarixi bir addım ataraq “Visit Qatar Sussex Stakes” yarışı üçün mükafat fondunun artırıldığını elan edib. Bununla da həmin yarış Avropada hamar örtükdə 1 mil məsafə üzrə ən yüksək mükafat fonduna malik turnirə çevrilib. Bu qərar festivala yeni rəqabət dinamikası gətirərək Qətərin beynəlxalq at yarışlarındakı liderliyini möhkəmləndirir.
Sponsorluq çərçivəsində “Visit Qatar” festival həftəsi ərzində keçiriləcək altı əsas yarışın ad hüququna sahibdir. Bunlara 28 iyulda “Al Shaqab Goodwood Cup Stake”, 29 iyulda xalisqanlı ərəb atları üçün “The Qatar International Stakes” və “Visit Qatar Sussex Stakes”, 30 iyulda “The Qatar Nassau Stakes”, 31 iyulda “The King George Qatar Stakes” və yekun gün olan 1 avqustda keçiriləcək “The Qatar Lillie Langtry Stakes” yarışları daxildir.
Festivalın əsas zonaları, o cümlədən “Riçmond” tribunası “Visit Qatar” brendinin simvolikası ilə bəzədiləcək. Həmçinin, Riçmond zonasında Qətər mədəniyyətini nümayiş etdirən xüsusi “Visit Qatar” pavilyonu fəaliyyət göstərəcək. Qonaqlar qətərli şef-povar Salman Əl-Ceydanın hazırladığı ənənəvi təamları dadmaq imkanı əldə edəcəklər. Məkan daxilindəki xüsusi zal beynəlxalq turizm və idman tərəfdaşları ilə əlaqələrin qurulması üçün platforma rolunu oynayacaq.
Bu tərəfdaşlıq “Visit Qatar”ın əsas beynəlxalq bazarlarda iştirakını genişləndirmək, qlobal turizm və idman sektorundakı tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və Qətəri mühüm beynəlxalq tədbirlərin mərkəzi kimi tanıtmaq strategiyasının bir hissəsidir.