2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Misir kapitallı 44 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 şirkət çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir kapitallı şirkətlərin ümumi kapitalı 112 milyon 225 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 27 milyon 520 min türk lirəsi olub.
Şimali Afrika
Türkiyə ilə Misir arasında müdafiə sənayesi sahəsində son dövrdə müşahidə olunan yaxınlaşma Yunanıstanda narahatlıq doğurur. Yunanıstanın Kathimerini qəzeti bu barədə məqalə yayımlayıb. "Türkiyə və Misir müdafiə sahəsində yaxınlaşır" başlıqlı məqalədə qeyd olunur ki, iyulun 13-də Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Misirin müdafiə və hərbi istehsal naziri general-leytenant Əşrəf Salim Zahirlə görüşüb.
Misirdə aşkar edilmiş ərəbdilli islam papirusları ölkənin İslam fəthindən sonrakı ilk onilliklərdə formalaşan idarəçilik sistemi, iqtisadi münasibətlər və ictimai həyat barədə mühüm məlumatlar təqdim edir. Bu sənədlər müsəlmanların Misirdə yerli inzibati ənənələrdən istifadə etdiyini, papirusun isə uzun müddət rəsmi yazışmalar və sənədləşmə üçün əsas material olaraq qaldığını göstərir.
Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.
Misir yaxın günlərdə Avropa İttifaqının 5 milyard avroluq makromaliyyə yardım paketi çərçivəsində növbəti 1,5 milyard avroluq vəsaiti əldə etməyi gözləyir. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa ilə ölkənin yeni inzibati paytaxtında keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
Misir Avropa İttifaqından 1,5 milyard avro maliyyə yardımının yaxın günlərdə köçürüləcəyini gözləyir. Bu barədə Misirin xarici işlər naziri Qahirədə keçirilən mətbuat konfransında məlumat verib. Yardım 5 milyard avroluq makromaliyyə paketinin bir hissəsidir. Qalan vəsaitin iki tranşla ödəniləcəyi bildirilib. Avropa İttifaqı artıq 2 milyard avro ayırıb. Ödənişlərin payızın əvvəlinə qədər tamamlanması gözlənilir. Proqram 7,4 milyard avroluq daha geniş razılaşmanın tərkib hissəsidir.
HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə səfər edib. Nümayəndə heyətinə təşkilatın İordan çayının qərb sahili üzrə rəhbəri Zahir Cəbarin başçılıq edir. HƏMAS rəsmisi Taher ən-Nunu bildirib ki, nümayəndə heyəti Misir rəsmiləri və vasitəçilərlə atəşkəs razılaşmasının icrasını müzakirə edəcək. Danışıqlarda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması əsas mövzulardan biri olacaq. Həmçinin Qəzzaya xəstəxanaların, çörəkbişirmə müəssisələrinin və infrastrukturun bərpası üçün zəruri materialların çatdırılması müzakirə ediləcək. Görüşlərdə Şarm əş-Şeyx razılaşmasının qalan müddəalarının icrası da nəzərdən keçiriləcək. Tərəflərin atəşkəsin tam həyata keçirilməsi istiqamətində müzakirələri davam etdirəcəyi bildirilir.
Liviyanın şərq hissəsinə nəzarət edən hakimiyyət orqanları ölkəyə giriş qaydalarını sərtləşdirərək Sudan, Eritreya, Efiopiya və Somali vətəndaşlarının ölkəyə daxil olmasını qadağan edib. Qərarın Avropaya yönələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıdığı bildirilir. Məlumata görə, qərar Liviyanın Aralıq dənizi sahillərindən Avropaya keçməyə çalışan miqrantların sayının artması fonunda qəbul edilib. Şimali Afrika ölkəsi uzun illərdir Avropaya çatmaq istəyən minlərlə insan üçün əsas tranzit marşrutlardan biri hesab olunur.
Suriya və İraq arasında 14 il əvvəl dayandırılmış dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi istiqamətində praktiki addımlar atılır. Hər iki ölkənin dəmir yolu qurumlarının nümayəndələri sərhəd bölgəsində görüş keçirərək xəttin bərpası və yenidən istismara qaytarılması məsələlərini müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 20-21-də Misirin paytaxtı Qahirədə keçiriləcək Türkiyə–Misir–Pakistan–Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin dördüncü görüşündə iştirak edəcək. Səfər çərçivəsində nazirin Misir və digər iştirakçı ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Misir İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını qətiyyətlə pisləyib və üç ölkə ilə tam həmrəylik nümayiş etdirib. Ölkə vurğulayıb ki, bu hərəkətlər suverenliyin pozulması və region sabitliyi üçün təhlükədir. Misir həmçinin de-eskalasiyanın və beynəlxalq hüquq qaydalarına hörmətin vacibliyini qeyd edib.
Misir İranın Küveyt və Bəhreynə qarşı həyata keçirdiyi hücumlarla bağlı sərt mövqe nümayiş etdirib. Xarici İşlər Nazirliyinin bəyanatında bu addımların regionun təhlükəsizliyinə ciddi təhdid yaratdığı və dövlətlərin suverenliyini pozduğu bildirilib. Qahirə hər iki Körfəz ölkəsi ilə həmrəy olduğunu açıqlayıb və onların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini bəyan edib. Misir eyni zamanda Körfəz regionunun təhlükəsizliyinin ərəb dünyasının ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.