Türk Dövlətləri

Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın yeni prototipi ilk taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub. Ölkənin müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab edilən KAAN proqramı çərçivəsində hazırlanmış iki yeni prototip ilk dəfə ictimaiyyətə təqdim olunub. Bu platformalar ötən il ilk uçuşunu həyata keçirən ilkin prototiplə müqayisədə bir sıra texniki yeniliklər və konstruktiv dəyişikliklərlə fərqlənir.

Yaxın Şərqdə dəyişən geosiyasi mənzərə fonunda İraq ABŞ və İran arasında balanslı siyasət yürütməyə çalışır. Bağdad bir tərəfdən Vaşinqtonla strateji əməkdaşlığı inkişaf etdirməyə, digər tərəfdən isə Tehranla münasibətlərini qorumağa çalışsa da, regional rəqabət və daxili siyasi parçalanma bu prosesi mürəkkəbləşdirir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Gelecek Partiyası, Səadət Partiyası və DEVA Partiyasının iştirakı ilə yaradılan “Yeni Yol” parlament qrupu qeyri-müəyyənliklə üzləşib. Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun partiyanın fəaliyyətini dayandırmaq qərarı qrupun gələcəyi ilə bağlı suallar yaradıb. Davudoğlu iyulun 29-da sosial media hesabından yayımladığı açıqlamada Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq qərarı verdiyini bildirib. O qeyd edib ki, bu addım siyasətdən geri çəkilmək deyil, siyasi fəaliyyətə fərqli yanaşma nümayiş etdirmək məqsədi daşıyır.

Türkiyədə Gələcək Partiyasının fəaliyyətini dayandırması və partiyanın sədri Əhməd Davudoğlunun aktiv siyasətdən çəkildiyini açıqlamasından sonra partiya üzvlərinin hansı siyasi qüvvələrə qoşulacağı ilə bağlı müzakirələr başlayıb. Türkiyə mətbuatında yer alan məlumatlara görə, siyasi şərhçilər həm Davudoğlunun gələcək fəaliyyəti, həm də Gələcək Partiyasını təmsil edən millət vəkillərinin mümkün siyasi seçimləri ilə bağlı müxtəlif ehtimallar irəli sürürlər.

ABŞ rəsmiləri İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı Türkiyənin Suriyadakı mövcudluğu ilə bağlı irəli sürülən iddialara münasibət bildirib. ABŞ mətbuatında yayılan məlumatlara görə, Netanyahu Ağ Evdəki görüş zamanı Trampa Türkiyənin Suriyanın şimalında nəzarət etdiyi ərazilərlə bağlı xəritə təqdim edib və bu ərazilərin İsrailin işğal etdiyi bölgələrdən daha böyük olduğunu iddia edib.

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Suriya Mərkəzi Bankı arasında türk lirəsi üzrə depozit hesabının açılması ilə bağlı razılaşma imzalanıb. TCMB-nin yaydığı açıqlamada bildirilib ki, razılaşma çərçivəsində Suriya Mərkəzi Bankının Türkiyə Mərkəzi Bankında türk lirəsi depozit hesabı açması nəzərdə tutulur. Sənəd Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan və Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Safvat Raslan tərəfindən imzalanıb.

Əhməd Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə xitam verildiyini və siyasətdən getdiyini açıqlayıb. O, qərarını ölkədəki siyasi mühitlə əsaslandırıb. Davudoğlu prezident idarəetmə sistemini tənqid edərək hakimiyyət bölgüsünün pozulduğunu bildirib. Sabiq baş nazir Türkiyənin gücləndirilmiş parlament idarəetmə sisteminə keçməsinin vacibliyini vurğulayıb. O, 2019-cu ildə təsis etdiyi Gələcək Partiyasına da rəhbərlik edirdi.

Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsi ilə bağlı bəyanat yayıb. Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, Kipr rum tərəfinin barışmaz mövqeyi dəyişmədiyi və regional təhlükəsizliyə mənfi təsir göstərən addımlarına son qoymadığı müddətdə problemin həlli perspektivi konkret məzmun kəsb etməyəcək.