BAKI,VOA,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi İranın regionda son hücumları ilə bağlı bəyanatla çıxış edərək, Tehranın fəaliyyətini beynəlxalq hüququn prinsiplərinin pozulması kimi qiymətləndirib.
VOA xəbər verir ki, əl-Budeyvi i dəniz keçidlərinə qarşı hər hansı hücumun qlobal enerji təhlükəsizliyinə birbaşa təsir göstərdiyini bildirib.
Baş katibin sözlərinə görə, İran Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə və digər dövlətlərə qarşı hücumlarını davam etdirir ki, bu da beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
O, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti İranın hücumları və təcavüzkar hərəkətlərinin dayandırılması üçün təsirli addımlar atmağa çağırıb.
Əl-Budeyvi vurğulayıb ki, İranın gəmiçiliyi hədəfə alması və gəmilərin hərəkətinə mane olması beynəlxalq sularda naviqasiya azadlığını, eləcə də mülki şəxslərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
KƏŞ baş katibi eyni zamanda husi hərəkatının Səudiyyə Ərəbistanına qarşı səsləndirdiyi təhdidləri və Bab əl-Məndəb boğazının bağlanacağı ilə bağlı bəyanatlarını qəti şəkildə pisləyib.
O bildirib ki, regionda gərginliyin daha da artması beynəlxalq ticarət, enerji təchizatı və dəniz nəqliyyatının təhlükəsizliyi üçün ciddi risklər yaradır.