BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) avqust ayında Türk pilot heyətinin Eurofighter təlimləri üçün İngiltərəyə göndəriləcəyini açıqlayıb.
VOA xəbər verir ki, təlimlərin qısa müddətdə başlanması planlaşdırılır və imzalanmış müqaviləyə əsasən illik olaraq həm pilot, həm də texniki heyət İngiltərəyə göndərilməyə davam edəcək.
MSB-nin açıqlamasında qeyd olunur ki, həmçinin Hava Hərbi Məktəbində tələbə Veli Bilginin vəfatı ilə bağlı aparılan inzibati və hüquqi araşdırmalar davam etdirilir. Ölüm səbəbi rəsmi tibbi ekspertiza ilə müəyyən olunacaq. Nazirlik sosial mediada spekulyativ açıqlamalara inanılmamasını xahiş edib.
Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə və sərhəd təhlükəsizliyi əməliyyatlarını davam etdirir. Son həftə ərzində 6 PKK üzvü təslim olub, həmçinin 466 nəfər qanunsuz sərhəd keçməyə çalışarkən saxlanılıb. 2026-cı ilin əvvəlindən indiyədək bu rəqəm 6 min 485 nəfərə çatıb.