BAKI,VOA, Fərid Mikayılov
ABŞ Dövlət katibi Marko Rubio Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü barədə açıqlama verib.
VOA xəbər verir ki, Rubio bildirib ki, Lavrovla “yaxşı və səmimi söhbət” aparıblar.
Görüş zamanı tərəflər Ukraynadakı münaqişənin nizamlanması məsələlərini müzakirə ediblər. ABŞ Dövlət katibi vurğulayıb ki, Amerika Birləşmiş Ştatları sülh prosesində konstruktiv rol oynamağa hazırdır və bu münaqişənin həlli üçün yeni ideya və təkliflərin irəli sürülməsinin vacibliyini qeyd edib.
Eyni zamanda, Rubio Lavrovla iki ölkə arasında ikitərəfli münasibətləri də müzakirə etdiyini və Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın aradan qaldırılmasının zəruriliyini vurğulayıb.