Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İƏT ölkələrinin birgə bəyanatında İsrailin işğal siyasəti pislənib

    25 Avqust 2025 18:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İƏT ölkələrinin birgə bəyanatında İsrailin işğal siyasəti pislənib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib.

    AzerVoice-un məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.

    Bəyanatda qeyd olunub ki, İsrailin vasitəçilərin son təklifinə cavab verməkdən imtina etməsi girovların azad olunması, atəşkəsin əldə edilməsi və humanitar böhranın aradan qaldırılması üçün həyati əhəmiyyət daşıyan razılaşmanı əngəlləyib.

    Bildirilib ki, bu təklif ABŞ-nin daha əvvəl irəli sürdüyü təşəbbüslərlə üst-üstə düşür və müharibənin dayandırılması, bütün girovların qeyd-şərtsiz azad olunması üçün əsas ola bilərdi. Davam edən müharibəyə və sülh imkanlarının bilərəkdən rədd edilməsinə görə məsuliyyətin tam şəkildə İsrailin üzərində olduğu vurğulanıb.

    Həmçinin qeyd edilib ki, bu mövqe humanitar böhranı daha da dərinləşdirir, mülki əhalini əsas yardımlardan məhrum edir və girovların saxlanılmasını uzadır.

    Bəyanatda bütün dövlətlər BMT mexanizmləri çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın aradan qaldırılması və humanitar yardımın fələstinlilərə təcili çatdırılması üçün tədbirlər görməyə çağırılıb. İşğal vasitəsinə çevrilmiş qurumların, xüsusilə də “Qəzza Humanitar Yardım Fondu” adlı strukturun fəaliyyəti kəskin şəkildə qınanıb. Bu fondun aclığı davam etdirmək üçün istifadə edildiyi, rəhbərlərinin isə soyqırımı cinayətlərində şərik olduqları vurğulanıb.

    İsrail baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” ideyasına dair açıqlamaları da pislənib. Bu bəyanatların dövlətlərin suverenliyinə qarşı açıq təxribat xarakteri daşıdığı, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğu, regional və qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığı bildirilib.

    Eyni zamanda Qüdsün E1 bölgəsində 3 400 qanunsuz məskunlaşma vahidinin təsdiqlənməsi sərt şəkildə qınanıb. Bu addımın işğal altındakı ərazilərin coğrafi və demoqrafik quruluşunu dəyişdirməyə yönəldiyi, iki dövlətli həll imkanlarını zəiflətdiyi vurğulanıb. Bəyanatda beynəlxalq hüquq, BMT qətnamələri və Beynəlxalq Cinayət Məhkəməsinin mövqeyi əsasında İsrailin işğal və kolonizasiya fəaliyyətlərini dayandırmasının zəruri olduğu qeyd olunub.

    İşğal altındakı torpaqlarda radikal qrupların İsrail qüvvələrinin himayəsi altında törətdiyi zorakılıqların artdığına diqqət çəkilib və onların cinayətlərinə görə məsuliyyət daşıması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

    Bəyanatın yekun hissəsində bütün dövlətlərə çağırış edilib ki, İsrailin cəzasız qalmasının qarşısı alınmalı, törətdiyi cinayətlərə görə məsuliyyət daşıması təmin olunmalı, sanksiyalar tətbiq edilməli, silah və hərbi ləvazimatların tədarükü dayandırılmalı, diplomatik və iqtisadi münasibətlər yenidən nəzərdən keçirilməli və İsrailə qarşı hüquqi proseslər başlanmalıdır.

    İƏT həmçinin vurğulayıb ki, İsrailin BMT üzvlük öhdəliklərini pozması və qətnamələri davamlı olaraq icra etməməsi nəzərə alınaraq, onun BMT-də üzvlüyünün dayandırılması ilə bağlı müzakirələrin aparılması təşviq olunmalıdır. İƏT-yə üzv olmayan ölkələr və regional təşkilatlarla əməkdaşlıqda isə bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

    #Qəzza #İsrail #Qəzza zolağı #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #aclıq #humanitar yardım #humanitar böhran #İsrail ordusu #bəyanat #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Yəmən humanitar böhranı 2025 #Humanitar yardım təşəbbüsləri #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Fələstin humanitar yardımı #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Donald Tramp Qəzzə planı #Misir və İordaniyanın Qəzzə mövqeyi #Qəzzəyə Əl-Ələ Yardım kampaniyası #AFAD Qəzzaya humanitar yardım #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Qəzzə və İsrail arasındakı gərginlik #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025 #Qəzzədə humanitar böhran #Qəzzə və Misir arasındakı diplomatik münasibətlər #Aclıq və qida çatışmazlığı #Qəzza humanitar böhranı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44
    XƏBƏR LENTİ

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.