#AFAD Qəzzaya humanitar yardım

Qəzzada dağıntılar altında qalan israillilərin və fələstinlilərin cəsədlərinin axtarışı üçün bölgəyə göndərilən AFAD qrupuna İsrail tərəfindən hələ də giriş icazəsi verilməyib. Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, AFAD heyəti Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir. “AFAD missiyası sərhəddə gözləyir. İsrail hələ də daxil olmağa icazə verməyib. Bu isə İsrailin atəşkəsin bütün maddələrinə əməl etmədiyini göstərir”, – məlumatda deyilir.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə müavini Aslı Güvən bildirib ki, beynəlxalq ictimaiyyət “Qəzzadakı atəşkəsin qorunması” məsələsini ən vacib prioriteti kimi görməlidir. Güvən, BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib. Türkiyənin Qəzzada atəşkəsin əldə olunmasını məmnunluqla qarşıladığını bildirən Güvən, atəşkəs razılaşmasının “tam və dərhal həyata keçirilməsinə” çağırıb.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 20 fələstinli həyatını itirib. Ölənlər arasında qadınlar və uşaqlar da var. Xəstəxana mənbələri və şahidlərinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin şimalı ilə yanaşı, cənub, mərkəz və digər bölgələrdəki yaşayış evlərini, aşevlərini, çadırları və yardım gözləyən insanları hədəf alıb. Qəzza şəhərinin cənubunda yerləşən Tel əl-Heva məhəlləsindəki Əbu Mazin döngəsi yaxınlığında məcburi köçkünlərin yaşadığı çadırlara edilən hücum nəticəsində 3-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər həlak olub. Saldırının ardından çadırda yanğın baş verib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.

Türkiyə Qəzzaya humanitar yardımlarını davam etdirir. Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya ümumilikdə 101 min 271 ton humanitar yardımın çatdırıldığını açıqlayıb. Yardımlar 14 təyyarə və 16 gəmi ilə, həmçinin yerli təchizatla həyata keçirilib.