BAKI,VOA,Vüsalə Əzimzadə
İsrailin bir sıra məsələlər üzrə mövqeyi Cənubi Livanda təhlükəsizliklə bağlı razılaşmanın əldə olunmasını çətinləşdirir.
Tel-Əviv üç əsas təklifə qarşı çıxır. Bunlar pilot ərazidə nəzarətin həyata keçirilməsi üçün İtaliya qüvvələrinin cəlb edilməsi, pilot ərazilərin genişləndirilməsi və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bölgədən çıxarılmasından sonra təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsidir.
Livan hökumətinə yaxın mənbələr İsrailin əvvəllər İtaliyanın prosesə qoşulmasına etiraz etmədiyini, lakin mövqeyinin dəyişdiyini bildiriblər. Mənbələr bu yanaşmanın Fransanın Cənubi Livandakı gələcək təhlükəsizlik mexanizmlərində iştirakına qarşı etirazlarla üst-üstə düşdüyünü qeyd ediblər.
Bu fonda UNIFIL bölgədə vəziyyətin hələ də kövrək olduğunu açıqlayıb. Missiyanın məlumatına görə, son 6 gün ərzində onun məsuliyyət zonasına 1 000-dən çox sursat düşüb.