Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    30 Avqust 2026 18:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bədr ər-Rəzizə  Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Səudiyyə Ərəbistanı Futbol Federasiyasının Baş Assambleyası bazar günü keçirilən növbədənkənar iclasında Bədr ər-Rəzizəni 2026–2030-cu illəri əhatə edən 6-cı dövr üçün İdarə Heyətinin sədri vəzifəsinə yekdilliklə seçib. O, bu postda Yasir əl-Mişalı əvəzləyib. Seçki Komissiyasının sədri Əhməd əl-Quneyan seçki prosedurlarının tamamlanmasından sonra ər-Rəzizənin siyahısının təsdiqləndiyini və yeni İdarə Heyətinin 4 illik səlahiyyət müddətinə başladığını elan edib.

    Seçildikdən sonra çıxış edən ər-Rəzizə sabiq prezident Yasir əl-Mişala təşəkkürünü bildirərək deyib: "Xüsusi nitq hazırlamamışdım, çünki əsas məqsədim bir şeyi demək idi: Təşəkkürlər, Yasir əl-Mişal! Sizinlə və həmkarlarınızla keçən 7 il qısa bir dövr deyildi".

    Öz növbəsində Yasir əl-Mişal ötən yeddi ilin Səudiyyə idmanına xidmət edən komanda işi olduğunu vurğulayıb: "İdarə Heyətindəki həmkarlarımla birlikdə Səudiyyə idmanına xidmət etməkdən şərəf duyduq. Qazanılan hər bir uğur hamının birgə səyinin nəticəsidir". Əl-Mişal 7 illik fəaliyyəti bir neçə dəqiqəyə sığdırmağın çətin olduğunu qeyd edərək idman sahəsinə göstərilən böyük dəstəyə görə İki Müqəddəs Ocağın Xadimi Krala və Vəliəhd Şahzadəyə minnətdarlığını bildirib.

    Əl-Mişal həmçinin Səudiyyə Federasiyasının dünya üzrə 200-dən çox futbol federasiyası ilə güclü əlaqələrə malik olduğunu, bu federasiyaların rəhbər və baş katiblərinin məlumat bazasının mütəmadi olaraq yeniləndiyini açıqlayıb.

    Baş Assambleyanın iclasında Əsasnamənin 23-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq iclas protokolunu yoxlamaq üçün 3 nümayəndə təyin edilib: "Muhayil" klubunun nümayəndəsi Dr. İbrahim əl-Muhayili, "Mudar" klubunun nümayəndəsi Adil əs-Sətri və "Əl-Vətən" klubunun nümayəndəsi Xalid əl-Həzimi.

    Bundan əlavə, Əsasnamənin 23-cü maddəsinin 5-ci bəndinə əsasən, səslərin sayılması prosesinə nəzarət üçün 3 müstəqil müşahidəçi təsdiqlənib: Səudiyyə Gimnastika Federasiyasının baş icraçı direktoru Əmr Hüseyn, Səudiyyə Hokkey Federasiyasının baş icraçı direktoru Əbdülilah əl-Meymun və Səudiyyə Kiberidman Federasiyasının baş icraçı direktoru Rəvan əl-Buteyri.

    #Yasir əl-Mişal #Səudiyyə Ərəbistanı Futbol Federasiyası #Bədr əl-Bədr #Bədr ər-Rəzizə #Səudiyyə idmanı #Bədr ər Rəzizə Səudiyyə Futbol Federasiyası prezidenti #Yasir əl Mişal Səudiyyə futbolu istefa və təhvil #Səudiyyə Ərəbistanı Futbol Federasiyası Baş Assambleyası #Səudiyyə futbol idarə heyəti seçkiləri 2026 2030 #Əhməd əl Quneyan seçki komissiyası sədri #Səudiyyə idmanı və futbol islahatları #Badr Al Reziza elected Saudi Arabian Football Federation president #Yasser Al Misehal ends 7 year SAFF presidency #Saudi Arabian Football Federation General Assembly 2026 #End of a seven-year era: Badr Al-Reziza elected head of Saudi Football Federation until 2030 #Unanimous backing at General Assembly: Inside the leadership transition at SAFF
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    30 Avqust 2026 18:57

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    30 Avqust 2026 18:22

    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

    29 Avqust 2026 17:04

    Ferrari BƏƏ-də qadınlar üçün yarış keçirəcək

    26 Avqust 2026 13:33

    Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək

    25 Avqust 2026 20:18

    Ərəb futbolunda qalmaqal: 'Əl-Nəsr'in yeni müqavilələrinə veto qoyuldu

    22 Avqust 2026 17:44

    Ulduzlarla dolu "Əl-Hilal" komandasında nələr baş verir?

    21 Avqust 2026 13:26

    Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu

    19 Avqust 2026 12:09

    Səudiyyə BMT Baş Assambleyasında yeni qlobal şəbəkə açır

    19 Avqust 2026 12:03

    Səudiyyə Kral Kubokunda böyük şok: "əl-İttifaq" ardıcıl üçüncü il aşağı liqa klubuna uduzdu

    19 Avqust 2026 09:48

    Səudiyyə futbolunda üsyan-aşağı səviyyəli hakimlərə milyonlar xərclənilir

    6 May 2026 19:50

    Məhəmməd bin Salman FİFA prezidentini qəbul etdi

    29 Oktyabr 2025 10:02
    XƏBƏR LENTİ

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.