#İƏT

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 57 dövlətin xarici işlər nazirləri cümə axşamı Mavritaniya diplomatı İsmail Vələd Şeyx Əhmədi təşkilatın yeni baş katibi seçiblər. Xarici İşlər Nazirləri Şurası qarşısındakı ilk çıxışında Vələd Şeyx Əhməd bildirib: "Bugünkü seçiminiz mənim peşəkar karyeramdakı ən böyük vəzifə və beynəlxalq, regional və milli xidmətdə keçirdiyim 3 onillikdən artıq dövrdən sonra qazandığım ən yüksək mükafatdır".

İraq parlamentinin birinci sədr müavini Adnan Faihan Bakıda keçirilən İƏT Parlament İttifaqı Konfransında İslam dünyasında vahid mövqenin vacibliyini vurğulayıb. O, müsəlman ölkələri arasında inteqrasiyanın gücləndirilməsinin regional sabitliyə töhfə verəcəyini bildirib. Faihan iqtisadi əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyətini qeyd edib. O, Fələstin və regiondakı münaqişələri beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. Çıxış İslam ölkələri arasında birgə fəaliyyət çağırışı ilə yekunlaşıb.

Bakı şəhərində İslam İnkişaf Bankı çərçivəsində regional ticarət əlaqələri müzakirə olunub. Sessiyada İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi əsas mövzu olub. Kiçik və orta biznesin maliyyəyə çıxışı xüsusi diqqət mərkəzində saxlanılıb. Rəsmilər innovativ maliyyə alətlərinin tətbiqini vacib hesab ediblər. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Adib Yusif Əl-Aama ticarət əməkdaşlığının genişləndirilməsini dəstəkləyib. Bir neçə ölkənin nümayəndələri təcrübə mübadiləsi aparıblar. Sessiya regional inkişaf üçün yeni əməkdaşlıq imkanlarını önə çıxarıb.

İƏT İsrailin Hebronla bağlı səlahiyyət dəyişikliklərini kəskin şəkildə pisləyib. Təşkilat bunu beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib. BMT və UNESCO qərarlarına istinad edilib. Fələstin tərəfi beynəlxalq müdaxilə çağırışı edib. İbrahimiyyə məscidinin qorunması tələb olunub.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Afrika İttifaqı bu gün işğal altındakı Qüdsdə baş verən hadisələrlə bağlı genişmiqyaslı birgə bəyanat yayıblar. Üç nəhəng beynəlxalq təşkilat İsrailin müqəddəs məkanlara, xüsusilə Məscidül-Əqsaya qarşı artan hücumlarını kəskin şəkildə pisləyərək bunun qlobal fəsadları barədə xəbərdarlıq ediblər.

2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq 5 milyard 451 milyon 577 min dollar olub. “2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 3 milyard 816 milyon 869 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

Keçən ilin dekabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq 7 milyard 966 milyon 612 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.

Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz arataraq 5 milyard 864 milyon 175 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,3 faiz artaraq, 65 milyard 72 milyon 804 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalaraq 3 milyard 596 milyon 682 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.