#Körfəz ölkələrinin Qəzzaya dəstəyi

İsrailin müdafiə naziri Yisrael Katz, "The New York Times" qəzetinin peyk görüntülərinə əsaslanaraq hazırladığı araşdırmadan sonra qalmaqallı açıqlama ilə çıxış edib. Nazir, 10 oktyabrda qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında 2500-dən çox binanı və geniş kənd təsərrüfatı sahələrini məhv edən İsrail ordusunu açıq şəkildə təbrik edib.

Atəşkəsə baxmayaraq, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində iki fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb. 38 yaşlı fələstinli Məhəmməd Xalid Məhəmməd əl-Kəhvəci Qəzzanın cənubundakı Xan Yunisin Beni Suheila bölgəsində İsrail pilotsuz təyyarəsinin hədəfinə çevrildikdən sonra həlak olub. Şahidlər bildiriblər ki, İsrail pilotsuz təyyarəsi Kəhvəcinin yerləşdiyi əraziyə bomba atıb və nəticədə onun ölümü ilə nəticələnib.

Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Yardım Mərkəzi (KSrelief) tərəfindən göndərilən yeni humanitar yardım karvanı cümə günü Rafah sərhəd-keçid məntəqəsindən keçərək Qəzzaya daxil olub. Karvan davam edən böhrandan zərər çəkmiş fələstinlilər üçün əsas ərzaq səbətləri daşıyır və bu yardım Səudiyyə Ərəbistanının Fələstin xalqına dəstək məqsədilə keçirdiyi ianə kampaniyası çərçivəsində həyata keçirilir.

Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ölkəsinin Qəzza üçün nəzərdə tutulan Beynəlxalq Stabiliyət Qüvvəsi missiyasına qatılmayacağını bildirib. Almaniya Xəbər Agentliyi (DPA)-ya açıqlamasında Vadepul deyib ki, Almaniya bu missiyaya yaxın gələcəkdə qoşulmağı planlaşdırmır. "Hal-hazırda heç kimin beynəlxalq stabiliyət missiyasına qatılması gözlənilmir." - deyə Vadepul qeyd edib. Nazir qeyd edib ki, belə bir qüvvə konkret təhlükəsizlik təminatı verə biləcək halda lazımdır, lakin Alman hərbçilərinin bu bölgədə bunu edə biləcəyi inandırıcı görünmür.

İsrail ordusunun Qəzza Zolağında həyata keçirdiyi hücumlardа həyatını itirənlərin sayı son 24 saatda 2 nəfər artaraq 70 min 369-a yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi yazılı açıqlamasında İsrailin hücumlarında yaşanan can itkiləri, yaralanmalar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşdı. Son 24 saatda biri dağıntı altından çıxarılan 3 fələstinlinin cəsədi ilə 5 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

İran Parlamenti Asiya Parlament Assambleyasının (APA) Siyasi İşlər Daimi Komitəsi və Fələstin Komitəsinin toplantılarına müqəddəs Məşhəd şəhərində ev sahibliyi edəcək. İki APA komitəsinin görüşləri dekabrın 3-dən 6-dək İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. Tədbir çərçivəsində Asiyanın müxtəlif ölkələrindən 15 parlament nümayəndə heyəti bir araya gələrək əməkdaşlıq təşəbbüsləri və Fələstin də daxil olmaqla əsas siyasi məsələlər üzrə müzakirələr aparacaq.

İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib. Şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib. Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.

İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Hamas Fələstinin gələcəyində siyasi rol oynamaqdan imtina etmədən və silahı yerə qoymadan, İtaliyanın Fələstin Dövlətini tanıması mümkün deyil. Meloni bu fikirləri 23–24 oktyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi parlamentin yuxarı palatası olan Senatda çıxışı zamanı səsləndirib. O, həm beynəlxalq gündəmin aktual məsələləri, həm də hökumətinin bu məsələlərə münasibəti barədə məlumat verib.

Misir ərəb dövlətlərinin dəstəyini alaraq xarici təcavüzdən müdafiə məqsədilə NATO-ya bənzər hərbi ittifaq yaratmağı planlaşdırır. Məlumata görə, Qahirə ittifaqda lider mövqeyini tutmaq üçün təqribən 20 min hərbçisini birgə orduya daxil etməyi təklif edib. İkinci ən böyük kontingentin Səudiyyə Ərəbistanına, üçüncü yerin isə Körfəz ölkələrindən birinə ayrılması nəzərdə tutulur.