Qəzza zolağında müharibənin başlanmasından 1000 gün ötür. HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində İsrail ərazisinə həyata keçirdiyi hücumdan sonra başlayan silahlı qarşıdurma regionun təhlükəsizlik mühitini kökündən dəyişdirib. Bu müddət ərzində Yaxın Şərqin müxtəlif bölgələrində yeni münaqişələr meydana çıxsa da, əldə olunan kövrək atəşkəs razılaşmaları davam edən hücumların kölgəsində qalır. Fələstinlilər uzun sürən müharibənin yaratdığı ağır sosial, psixoloji və humanitar nəticələrlə üz-üzədir.
#Qəzzada humanitar böhran
Səudiyyə Ərəbistana məxsus Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzi tərəfindən Qəzza zolağında həyata keçirilən humanitar yardım çərçivəsində Xan Yunis bölgəsində həssas əhali qruplarına 1 210 ədəd ərzaq səbəti paylanıb.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın Xarici işlər naziri Yorgo Gerapetritis arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazirlər görüş zamanı İsrail ordusunun "Qlobal Sumud" (Global Sumud Flotilla) yardım gəmilərinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni müzakirə ediblər. Tərəflər bölgədəki son vəziyyət və beynəlxalq hüququn pozulması halları ətrafında fikir mübadiləsi aparıblar.
İspaniya hökuməti İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan və göyərtəsində İspaniya vətəndaşlarının olduğu gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib. İspaniya Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, "Global Sumud" flotiliyasının saxlanılmasına etiraz olaraq İsrailin Madriddəki müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.
Fələstin səhiyyə rəsmilərinin verdiyi məlumata görə cümə axşamı günü İsrail ordusunun Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı dörd fələstinli həyatını itirib. Eyni zamanda işğal altındakı İordan çayının qərb sahilində həyata keçirilən hərbi reyd zamanı on beş yaşlı fələstinli uşaq İsrail əsgərləri tərəfindən açılan atəşlə qətlə yetirilib.
Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın (Əbu Mazen) bələdiyyə seçkiləri ilə bağlı çıxardığı ümumi çağırış qərarına əsasən, Deyr əl-Bələh şəhəri Qəzza səviyyəsində seçkilərin keçiriləcəyi yeganə bölgə kimi seçilib. Buna səbəb İsrail müharibəsindən sonra şəhərin ən az zərər görən bölgə hesab edilməsidir; belə ki, bəzi infrastruktur obyektləri zolağın digər əraziləri ilə müqayisədə hələ də daha yaxşı vəziyyətdədir.
2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına həyata keçirdiyi aramsız hücumlar nəticəsində bölgədəki can itkisi dəhşətli həddə çatıb. Fələstin Sağlamlıq Nazirliyinin açıqladığı son məlumatlara görə, ötən müddət ərzində ümumi can itkisi 72 min 328 nəfərə, yaralıların sayı isə 172 min 184 nəfərə yüksəlib. Son 48 saat ərzində xəstəxanalara daha 11 nəfərin nəşi gətirilib, 26 yaralı isə müalicə altına alınıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı son yazılı bəyanatda 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi əməliyyatların ağır statistikası paylaşılıb. Yenilənmiş məlumatlara görə, bölgədə həyatını itirənlərin ümumi sayı 72 min 291-ə, yaralıların sayı isə 172 min 68-ə yüksəlib.
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı dəhşətli həddə — 72 min 73 nəfərə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, beynəlxalq ictimaiyyətin bütün çağırışlarına və 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə qan tökülməsi hələ də davam edir. Xüsusilə son 24 saat ərzində Qəzzadakı tibb müəssisələrinə daha 1 ölü və 8 yaralının gətirilməsi bölgədəki gərginliyin hələ də kritik həddə olduğunu göstərir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib. Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 72 min 70-ə çatıb. İsrail ordusu, atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarında yaşanan can itkiləri ilə bağlı son məlumatlar paylaşılıb. Qeyd olunub ki, son 48 saat ərzində Qəzzadakı xəstəxanalara bir nəfərin cənazəsi və 10 yaralı gətirilib.