Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN

    20 İyul 2025 17:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.

    AzerVoice xəbər verir ki, bu barədə nazirlik tərəfindən yayılan bəyanatda deyilir.

    Bəyanatda son günlərdə irəli sürülən iddiaların reallığı əks etdirmədiyi vurğulanıb:

    “Türkiyənin Fələstinlilərə verdiyi dəstəyi siyasi məqsədlərlə ləkələməyə çalışan bu cəhdləri rədd edirik. Türkiyə, Fələstin məsələsində hüquq və ədalət tərəfdarı olan müstəqil bir siyasət yürüdür və İsrailin Qəzzada törətdiyi soyqırım cinayətlərinə qarşı ən güclü reaksiya verən ölkələrdən biridir. İsrailli siyasətçilərin hər fürsətdə ölkəmizi hədəfə alması, Türkiyənin doğru yolda olduğunu sübut edir.”

    Nazirliyin məlumatına görə, dezinformasiyaya əsaslanan iddiaların əksinə olaraq, Türkiyə, Boqotada qəbul edilən ortaq bəyanatın tələblərindən daha irəli addımlar atıb və onları artıq tətbiq edib. Xüsusilə vurğulanıb ki, ötən ilin may ayından etibarən Türkiyə İsraillə bütün ticarət əlaqələrini – həm ixracat, həm də idxalatı tamamilə dayandırıb. Bu qərar tətbiq olunarkən fələstinlilərin zərər çəkməməsi üçün bütün zəruri tədbirlər də diqqətlə həyata keçirilib.

    Bəyanatda, Türkiyənin İsrailə qarşı beynəlxalq platformalarda hərbi məqsədli satışların dayandırılması üçün də qabaqcıl rol oynadığı qeyd olunub:

    "Ankara, Birləşmiş Millətlər Təşkilatında (BMT) İsrailə silah tədarükünün dayandırılması təşəbbüsünə 52 ölkənin dəstəyi ilə liderlik edib" - deyə, bəyanatda bildirilib.

    Bundan başqa, humanitar yardım daşıyan “Madlin” gəmisinin vəziyyətinin ilk gündən etibarən yaxından izlənildiyi, İsrailin gəmiyə qarşı həyata keçirdiyi qanunsuz müdaxilənin beynəlxalq ictimaiyyətin gündəminə gətirildiyi və gəmidəki Türkiyə vətəndaşlarının azad edilməsi üçün hər cür diplomatik addımın atıldığı da bildirilib.

    Nazirlik bəyan edib ki, Türkiyə Qəzzadakı fələstinlilərin zorla köçürülməsini nəzərdə tutan hər cür plana açıq şəkildə qarşı çıxır və bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatının Qəzzanın yenidən qurulmasına dair planına dəstək verir, fələstinlilərin sürgün edilməsinə qarşı hər cür təşəbbüsə qatılır.

    Bəyanatda, Türkiyənin hüquqi sahədə də Fələstin məsələsinin ən güclü müdafiəçilərindən biri olduğu qeyd edilib. Türkiyə, Beynəlxalq Ədalət Məhkəməsində (UAD) İsrailə qarşı açılmış soyqırım işinə müdaxilə edən 13 ölkədən biridir və hazırda məhkəmədə davam edən iki ayrı məsləhət prosesinə də aktiv şəkildə dəstək verir.

    Son olaraq, İsrail tərəfindən öldürülən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi və ABŞ-da saxlanılıb 9 may tarixində sərbəst buraxılan Rümeysa Öztürk məsələlərində də Türkiyənin ilk gündən lazımi hüquqi və siyasi dəstəyi göstərdiyi vurğulanıb.

    #Türkiyə #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Türkiyə Xarici İşlər Nazirliyi #Beynəlxalq Ədalət Məhkəməsi #dezinformasiya #məhkəmə #ticarət #bəyanat #silah tədarükü #Ayşenur Ezgi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Türkiyə İsrail ticarət əlaqələrini kəsdi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Türkiyə Fələstin dəstəyi #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk deportasiya #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürk nə üçün saxlanılıb? #Rümeysa Öztürkün təhsili haradadır? #Rümeysa Öztürk harada saxlanılır? #Rümeysa Öztürkün hüquqi müdafiəsi #Madleen gəmisi yardım missiyası #Madlin gəmisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    4 İyun 2026 10:02

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    3 İyun 2026 21:39

    Tramp Netanyahuya Beyrut hədələrinə görə irad tutub

    3 İyun 2026 20:44

    Netanyahu İranın vəziyyətini necə təsvir edib?

    3 İyun 2026 20:35

    Rubio Livan-İsrail görüşünü sülh üçün əhəmiyyətli hesab edir

    3 İyun 2026 20:32

    Livanda martın 2-dən bəri ölənlərin sayı 3 500-i ötüb

    3 İyun 2026 20:09

    13 ballistik raket və 17 dron neytrallaşdırılıb

    3 İyun 2026 19:13

    İsrailin Cənubi Livana hücumu tarixi abidələrə ciddi ziyan vurub

    3 İyun 2026 18:54

    Qəzzada 24 saat ərzində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb

    3 İyun 2026 18:41

    İsrailin Livana hücumları “dəhşətli uğursuzluq” sayılır

    3 İyun 2026 18:37

    Tramp: “Mən olmasaydım, bu gün İsrail olmazdı”

    3 İyun 2026 18:12

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19
    XƏBƏR LENTİ

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    Ford və Filsondan yeni ofrouder

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.