#dezinformasiya

Azərbaycan ərazisinin İsrailin İranla müharibə zamanı istifadə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Medianın İnkişafı Agentliyi bildirir ki, iyunun 5-də “Middle East Eye” və “Haaretz” nəşrlərində dərc olunan iddialar heç bir faktla əsaslandırılmayıb və manipulyasiya xarakteri daşıyır. Bu məlumatların yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradaraq regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurur. Agentlik həmçinin vurğulayır ki, belə əsassız iddialar ictimai rəyin yanlış istiqamətə yönəldilməsi və regionda əlavə gərginlik formalaşdırmaq məqsədi daşıyır. Bu hadisə məsuliyyətsiz informasiya siyasətinin təhlükəsini bir daha göstərir.

Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi" kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu "resurs" guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır: "Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.

Parisin ən məşhur rəmzlərindən biri olan Eyfel Qülləsinin 2026-cı ildə söküləcəyi barədə sosial mediada yayılan məlumatlar tamamilə əsassız çıxıb. 2 oktyabr tarixində Fransanın 200-dən çox şəhərində və qəsəbəsində insanlar hökumətin büdcə xərclərini azaltma siyasətinə etiraz məqsədilə küçələrə çıxıblar. Paytaxt Parisdə minlərlə insanın qatıldığı aksiyalar zamanı təhlükəsizlik məqsədilə Eyfel Qülləsinə giriş müvəqqəti olaraq dayandırılıb.

Türkiyə Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Deniz Yavuzyılmazın Türkiyə–İraq Xam Neft Boru Kəməri müqaviləsi və bu müqavilə ilə bağlı beynəlxalq arbitraj prosesi barədə səsləndirdiyi fikirləri təkzib edib.