Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İran Xarici İşlər naziri Abbas Əraqçi Fransa diplomatlarının Tehrandakı fəaliyyətini tənqid edib. O, iki fransız diplomatın hərəkətlərini “qeyri-adi və qeyri-peşəkar” adlandıraraq qəbuledilməz hesab edib.

    VOA xəbər verir ki, Abbas Əraqçi Fransa Xarici İşlər naziri Jan-Noel Barro ilə telefon danışığı zamanı Tehranda fəaliyyət göstərən iki fransız diplomatın davranışlarına etiraz etdiyini bildirib.

    İran Xarici İşlər nazirinin “Telegram” kanalında yayımlanan məlumata görə, Əraqçi diplomatların hərəkətlərini “qeyri-ənənəvi və diplomatik normalara uyğun olmayan” addımlar kimi qiymətləndirib.

    İran rəsmisi konkret olaraq hansı hərəkətlərin nəzərdə tutulduğunu açıqlamayıb. O bildirib ki, xarici diplomatik nümayəndəliklərin fəaliyyətinin davam etməsi üçün qəbul edən ölkənin qanun və qaydalarına hörmət edilməsi, həmçinin diplomatik prinsiplərə riayət olunması vacibdir.

    Fransa Xarici İşlər naziri Jan-Noel Barro isə daha əvvəl bildirib ki, Tehranda iki Fransa səfirliyi əməkdaşı İran təhlükəsizlik qüvvələrinin “çox ciddi təzyiq və qorxutma tədbirinə” məruz qalıb.

    Barro qeyd edib ki, diplomatlar bir neçə saat saxlanılıb və sorğu-sual ediliblər. Paris bu hadisəni beynəlxalq hüququn və diplomatik toxunulmazlıq prinsiplərinin pozulması kimi qiymətləndirib.

    İran və Fransa arasında yaranan diplomatik gərginlik son dövrdə iki ölkə arasındakı münasibətlərdə yeni böhran nöqtəsi yaradıb.

    #İran #Fransa #Tehran #diplomatiya #Abbas Əraqçi #Beynəlxalq hüquq #Jan-Noel Barro #Səfirlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    21 İyul 2026 19:15

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.