Türkiyə

Türkiyənin müdafiə sənayesi şirkəti STM kəşfiyyat və müşahidə missiyaları üçün hazırladığı "TOGAN" çoxrotorlu pilotsuz uçuş aparatına (PUA) "SpecDrone" radioelektron kəşfiyyat (SIGINT) faydalı yükünü inteqrasiya edib. Yeni sistem rabitə kanallarından və radioelektron mübarizə (jammer) sistemlərindən yayılan radiotezlik (RF) siqnallarını aşkarlamaq və təyin etmək məqsədi daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramının 104-cü ildönümü münasibətilə müraciət yayıb. O, Türkiyə vətəndaşlarını, Şimali Kipr türk xalqını və xaricdə yaşayan türkiyəliləri bayram münasibətilə təbrik edib. Ərdoğan Böyük Zəfərin Türkiyə Cümhuriyyətinin yaradılmasına gedən yolu açdığını vurğulayıb. Prezident 104 il əvvəl nümayiş etdirilən əzm və qətiyyətin bu gün də Türkiyənin əsas güc mənbələrindən biri olduğunu bildirib. O, Türkiyənin energetika, müdafiə sənayesi, elm, texnologiya və xarici siyasət sahələrində inkişafını davam etdirdiyini qeyd edib. Ərdoğan ölkəsinin haqqın, hüququn, ədalətin, sülhün və sabitliyin tərəfində dayanacağını bildirib. Türkiyə Prezidenti birlik və həmrəylik şəraitində “Türkiyə Yüzili”nin qurulmasının davam etdiriləcəyini vurğulayıb. O, Mustafa Kamal Atatürkü və silahdaşlarını ehtiramla yad edib, şəhidlərə rəhmət, qazilərə isə minnətdarlıq ifadə edib.

Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında bərpa olunan enerji stansiyası layihələrinə dair 3 fevral 2026-cı ildə Ər-Riyadda imzalanmış Hökumətlərarası Saziş rəsmi olaraq təsdiqlənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqust 2026-cı il tarixli qərarı "Resmi Gazete"də dərc edilərək qüvvəyə minib.

Suriyada YPG/SDQ-nin silahlı qüvvələrini ləğv edərək Suriya ordusuna inteqrasiya qərarı İsrail mətbuatında Türkiyə üçün böyük diplomatik və hərbi uğur kimi qiymətləndirilib. İsrailin “Maariv” qəzetində yayımlanan təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya istiqamətində həyata keçirdiyi siyasətin Ankara üçün mühüm nəticələr doğurduğu bildirilib. Təhlildə YPG/SDQ-nin muxtariyyət iddialarından geri çəkilərək silahlı qüvvələrinin Suriya ordusuna daxil edilməsinə razılaşması Türkiyənin bölgədəki təsirinin göstəricisi kimi təqdim olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində açılması ilə bağlı qərar imzalayıb. Qərar İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycanın Qarabağ Universitetinin nəzdində yaradılmasını nəzərdə tutur. Türkiyənin avqustun 27-də dərc olunan rəsmi qərarlar siyahısında da 11647 nömrəli sənəd məhz bu adla yer alıb.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü və Yerli İdarəetmələrdən məsul rəhbər müavini Müslim Sarı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı müzakirələrə aydınlıq gətirib. Sarı bildirib ki, Yavaş CHP rəhbərliyinə partiyanın çətiri altında siyasi fəaliyyətini davam etdirmək istədiyini çatdırıb. Onun sözlərinə görə, CHP rəhbərliyi ilə Yavaş arasında hər hansı soyuqluq və ya problem yoxdur.

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan saat 09:53-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarətlərlə bağlı hər hansı məlumat açıqlanmayıb.

Türkiyənin əhalisi 2026-cı ilin ilk yarısında artaraq 86 milyon 320 min 602 nəfərə çatıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, əhalinin 50,01 faizini kişilər, 49,99 faizini isə qadınlar təşkil edir. Yaş qrupları üzrə ən böyük əhali 25-29 yaş qrupunda qeydə alınıb. Bu yaş qrupunda 6 milyon 655 min 400 nəfər yaşayır. 10-14 yaş qrupunda 6 milyon 562 min 310, 15-19 yaş qrupunda 6 milyon 402 min 350, 30-34 yaş qrupunda isə 6 milyon 347 min 537 nəfər var.

Türkiyə ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq barədə qərarını alqışlayıb. Ankara bu addımın Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birinin aradan qaldırılmasına imkan verəcəyini bildirib.

Hadisə bombardmandan bir neçə gün əvvəl başladı. İsraillilər amerikalılara kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əz-Zühur bazasında hərbi vasitələr yerləşdirmək üçün hərəkətə keçdiyini bildirdilər. Vaşinqton məsələni araşdırdı və cavabında əlindəki məlumatların Təl-Əvivin iddialarını təsdiqləmədiyini bildirdi. Bundan sonra Amerika İsrailin narahatlığını aradan qaldırmaq və eskalasiyanın qarşısını almaq üçün "Mossad", Dəməşq və Ankara arasında təmaslara vasitəçilik etdi. İki gün sonra Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani ABŞ nümayəndəsi Tom Barak ilə İstanbulda görüşdü. Həmin vaxt ölkənin mərkəzində, Tədmur yaxınlığındakı bazanın vurulmasından əvvəl olduğu kimi, böhranın yatırılacağı ehtimal edilirdi. Hətta ilin əvvəlindən dayandırılmış Suriya-İsrail danışıqlarının yenidən bərpa olunacağı və ümumi təhdidlərə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi üçün Əmmanda yaradılmış "Əlaqələndirmə Mərkəzi"nin inkişaf etdiriləcəyi düşünülürdü.