Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb

    24 İyul 2025 21:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.

    AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada bildirilib.

    “Qəzza zolağında son 5 ayda Fələstin xalqına qarşı intensivləşdirilən aclıq siyasəti, müharibə cinayətkarı İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinin əməllərini susqunluqla izləyən beynəlxalq ictimaiyyətin üzərində bir utanc ləkəsidir” - deyə, açıqlamada qeyd olunub.

    Avropa İttifaqı və digər Qərb ölkələrinə ünvanlanan çağırışda İsrailə qarşı təsirli siyasi addımlar atmaq, hərbi əməkdaşlığı yenidən nəzərdən keçirmək, mülki şəxsləri hədəf almaqda istifadə olunan silahların tədarükünü dayandırmaq və aclığı kütləvi qətl vasitəsinə çevirdiyi üçün İsraili məsuliyyətə cəlb etmək tələb olunub.

    Həmçinin, BMT və beynəlxalq ictimaiyyətdən Qəzzaya şərtsiz və maneəsiz humanitar yardım girişinin təmin olunması üçün İsrailə təzyiq göstərilməsi istənilib.

    Bundan əlavə, HƏMAS, ABŞ hökumətini İsrailin hərbi və siyasi cəhətdən himayə olunmasına görə Qəzzadakı soyqırıma şərik olmaqda ittiham edib.

    “ABŞ-ın İsrailə dəstəyinin davam etməsi onu müasir tarixdə ən iyrənc cinayətə ortaq edir” - deyə, açıqlamada vurğulanıb.

    Qeyd edək ki, Qəzza zolağı İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt mühasirəsi altında ciddi bir humanitar fəlakət yaşayır. Su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin çatışmazlığı fonunda aclıq yayılır və ölüm halları artır. Ən çox təsirə məruz qalanlar isə uşaqlardır. Bu günə qədər 81-i uşaq olmaqla azı 113 fələstinli aclıqdan həyatını itirib.

    Həmçinin qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 59 587 fələstinli həlak olub, 143 498 nəfər yaralanıb. İsrail ordusu mülki infrastrukturu məhv edərək Qəzzanın 88 faizini dağıdıb, sürgün əmrləri ilə milyonlarla fələstinlini yerlərindən edib və onların sığındığı bölgələri mütəmadi olaraq hədəfə alır. İsrail ordusu gündəlik həyata keçirdiyi hücumlarla məcburi köçkünlərin çadırlarını və sığındıqları mülki məntəqələri bombalamağa davam edir.

    #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS İsrail münaqişəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS və İsrail münaqişəsi #HƏMAS və İsrail #İsrail və HƏMAS qarşıdurması #Beynəlxalq ictimaiyyət #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #Qəzza humanitar böhranı #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə #İsrail HƏMAS liderlərini necə öldürdü #Qəzza aclıq #İsrail mühasirəsi #uşaqlar aclıqdan ölür #BMT Qəzza #ABŞ İsrail dəstəyi #Qəzza müharibə cinayətləri #Fələstin ölənlərin sayı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    3 Sentyabr 2026 10:52

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.