#Beynəlxalq ictimaiyyət

Fələstin Xarici İşlər Nazirliyi İordan çayının qərb sahilində israilli məskunlaşanların hücumlarının artması ilə bağlı xəbərdarlıq edib. Nazirlik Əl-Muğəyyir kəndinin mühasirəyə alınmasını sərt şəkildə pisləyib. Açıqlamaya görə, kənd təxminən 20 gündür ciddi məhdudiyyətlər altında saxlanılır. Fələstin tərəfi sakinlərin hücumlara məruz qaldığını və kəndin hərbi və iqtisadi baxımdan mühasirəyə alındığını bildirir. Nazirlik baş verənləri fələstinlilərin bölgədəki mövcudluğunu hədəfə alan sistemli siyasətin bir hissəsi hesab edir. İsrailli məskunlaşanlara hüquqi və siyasi himayə verilməsinin zorakılığın artmasına səbəb olduğu iddia edilir. Fələstin XİN vəziyyətin nəticələrinin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib. Nazirlik beynəlxalq ictimaiyyəti kənd sakinlərini qorumaq üçün təcili müdaxiləyə çağırıb.

Haşemi İsrailin Livanın cənubunda və Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq ictimaiyyətin faktiki passivliyi ilə izah edib. Onun sözlərinə görə, ABŞ İsrailin bu fəaliyyətini dəstəkləyir, ona silah verir və ərəb dövlətləri diplomatik təzyiq göstərmir. Haşemi vurğulayıb ki, İsrailin bu hərəkətləri “Qəzza-vari” siyasət xarakteri daşıyır və beynəlxalq səviyyədə heç bir məhdudiyyətlə üzləşmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq dini tədbirdə çıxışı zamanı qlobal humanitar böhranlara diqqət çəkib. Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “11-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimi Gözəl Oxuma Yarışması”nın mükafatlandırma mərasimində çıxış edərək müsəlman dünyasının hazırda çətin və ağrılı mərhələdən keçdiyini bildirib.