BAKI,VOA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Zati-aliləri,
San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".