Misir Qızıl Aypara Cəmiyyəti cümə axşamı bildirib ki, İsrail və Həmas arasında atəşkəs razılaşmasının elanından sonra 153 yardım maşını Qəzza zolağına doğru hərəkət edir. AzerVoice xəbər verir ki, yardım karvanı Rəfah keçid məntəqəsinin yan yolundan keçərək Kərəm Əbu Salim keçidinə istiqamətlənib və oradan Qəzzaya daxil olacaq. Yardım konvoyuna 80 yük maşını BMT-yə, 17-si Misir Qızıl Ayparasına, 21-i isə Qətərə məxsusdur.
#HƏMAS və İsrail arasında müharibə
HƏMAS ABŞ-ın atəşkəs danışıqlarından çıxmasına dair qərarından və ABŞ rəsmilərinin danışıqların dayanmasına görə HƏMAS-ı günahlandıran bəyanatlarından təəccüblənib.
İsrail HƏMAS-la aparılan danışıqlarda girovların azad olunması və Qəzzada atəşkəsə nail olunması məsələlərində heç bir güzəştə getmək niyyətində deyil.
ABŞ rəsmiləri, HƏMAS-ın atəşkəsə dair cavabının Qəzza zolağında razılaşmaya real istək göstərmədiyini əsas gətirərək, Dhoa şəhərindəki nümayəndə heyətini geri çağırmaq qərarına gəliblər.
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
HƏMAS daxilindəki rabitə problemləri, İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və girov mübadiləsi ilə bağlı danışıqların irəliləməsinə əngəl törədir.
Müsahibələrdən birində Qəzzada üç dəfə hərbi əməliyyatda iştirak etmiş israilli ehtiyat əsgəri etiraf edib ki, xidmət etdiyi bölməyə tez-tez “qadağan zona” elan edilən ərazilərə daxil olan hər kəsə – təhlükə yaratsın və ya yaratmasın – atəş açmaq əmri verilirdi.
İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın "Əqsa Tufanı" adlandırdığı hücumun başladığı anlarda təşkilatın xaricdəki bəzi liderlərinin bir ofisdə televiziya qarşısında "şükür səcdəsi" etdikləri video yayıld