BAKI,VOA,Vüsalə Əzimzadə
Türkiyədə xilasetmə qrupları İstanbul sahillərində batan yük gəmisinin 10 nəfərlik ekipajını tapmaq üçün axtarış-xilasetmə əməliyyatını davam etdirir.
VOA məlumat verir ki,hadisə çərşənbə günü Mərmərə dənizində, İstanbulun qərbində yerləşən İmralı adası yaxınlığında baş verib. “FG SEVIL” adlı yük gəmisinin batmasından sonra 3 ekipaj üzvü xilas edilib.
Türkiyə Sahil Mühafizəsi və digər xilasetmə qrupları itkin düşən 10 nəfərin axtarışına cəlb olunub. Əməliyyatda sahil mühafizə gəmiləri, helikopterlər və dalğıclar iştirak edir.
Məlumata görə, gəmi Bolqarıstandan Türkiyəyə hərəkət edirmiş. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.