Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Səudiyyə Ərəbistanı ilə Yəməndəki Ənsarullah hərəkatı arasında gərginliyin yenidən artdığı bir vaxtda Vaşinqtonun mümkün hərbi müdaxiləsi gündəmə gəlib. İsrailin “Kan” telekanalının məlumatına görə, vəliəhd Məhəmməd bin Salman avqust ayında ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə görüşündə Vaşinqtondan Yəmənə qarşı yeni hərbi kampaniyaya rəhbərlik etməsini istəyib. VOA "Crossmedia.az"a istinadən xəbər verir ki,ABŞ bu təklifi qəbul etməyib, lakin Səudiyyə Ərəbistanının özünün keçirəcəyi əməliyyata dəstək verməyə hazır olduğunu bildirib.

    Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Crossmedia.az-a açıqlamasında Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı yenidən hərbi əməliyyatlara başlamasının İran-ABŞ qarşıdurması fonunda gözlənilən olduğunu bildirib: “Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı hərbi əməliyyatlar həyata keçirməsi yeni hadisə deyil. Daha əvvəl də Türkiyə, Misir, Sudan və bir sıra Körfəz dövlətlərinin iştirak etdiyi koalisiya çərçivəsində Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. Sonrakı dövrdə bölgədə baş verən geosiyasi dəyişikliklər nəticəsində bu əməliyyatların intensivliyi azalsa da, qarşıdurma tamamilə dayanmayıb. Son hadisələrə gəlincə, İran-ABŞ gərginliyi və hərbi qarşıdurması fonunda Səudiyyə Ərəbistanının husilərə qarşı yenidən hərbi əməliyyatlara başlaması gözlənilməz deyil. Bu əməliyyatların ABŞ-lə müəyyən koordinasiya çərçivəsində həyata keçirilməsi də mümkündür. Çünki İranın Yaxın Şərqdə müxtəlif proksi qüvvələr vasitəsilə təsir imkanları uzun illərdir mövcuddur. İran rəsmiləri də müxtəlif dövrlərdə regionun bir sıra paytaxtlarında Tehranın təsirinin olduğunu açıq şəkildə ifadə ediblər. Söhbət ilk növbədə Səna, Bağdad, Beyrut və Dəməşq kimi şəhərlərdən gedirdi”.

    Ekspert qeyd edib ki, Yəməndəki qarşıdurmanın əsas tərəflərindən biri olan husilər uzun müddətdir İranla yaxın əlaqələrə malik qüvvə kimi qiymətləndirilir: “Bu səbəbdən Yəməndə baş verən proseslər yalnız ölkədaxili qarşıdurma çərçivəsində deyil, İran və ərəb dövlətləri arasındakı regional rəqabət kontekstində də nəzərdən keçirilir. İranın regiondakı təsir siyasətində məzhəb amilindən də istifadə etdiyi barədə uzun illərdir müzakirələr aparılır. Tehran dini və məzhəbi yaxınlıqdan istifadə etməklə regiondakı siyasi və geosiyasi maraqlarını gücləndirməyə çalışıb. Bu siyasətin nəticəsində müxtəlif ölkələrdə İranla bağlı silahlı və siyasi qruplar formalaşıb və onların bir hissəsi uzun müddət Tehranın dəstəyindən yararlanıb. Bununla belə, İranın regiondakı proksi şəbəkəsinin qısa müddətdə tamamilə aradan qaldırılacağını düşünmək doğru olmaz. Burada yalnız hərbi faktor deyil, uzun illər ərzində formalaşmış mürəkkəb siyasi, iqtisadi və sosial əlaqələr sistemi mövcuddur. Qanunsuz maliyyə axınları, silah ticarəti və müxtəlif qeyri-qanuni fəaliyyətlər bu şəbəkələrin dayanıqlılığını artıran amillər sırasında göstərilir”.

    R.Hazifoğlunun fikrincə, İranın regiondakı təsir imkanlarının zəiflədilməsi uzunmüddətli proses olacaq. Bununla yanaşı, Yaxın Şərqdə son dövrdə baş verən hadisələr Tehranın əvvəlki təsir modelini qorumasını çətinləşdirir: “Bu səbəbdən İranın regiondakı təsir imkanlarının tamamilə aradan qaldırılması uzunmüddətli və mürəkkəb proses olacaq. Lakin hesab edirəm ki, İranın əvvəlki dövrlərdə olduğu kimi geniş təsir imkanlarını qoruyub saxlaması artıq real görünmür. Bölgədə baş verən son proseslər İranın proksi qüvvələrinin fəaliyyət imkanlarını məhdudlaşdıracaq. İranla əlaqəli qruplar əvvəlki kimi sərbəst fəaliyyət göstərə bilməyəcəklər. Tehran da bu yeni reallığı nəzərə almalı və regiondakı əvvəlki təsir modelinin artıq dəyişdiyini qəbul etməlidir”.

    #İsrail #Yəmən #Yaxın Şərq #Vaşinqton #ABŞ Mərkəzi Komandanlığı #Səudiyyə Ərəbistan #Hərbi kampaniya #Ənsarullah hərəkat #Kan telekanalı #vəliəhd Məhəmməd bin Salman #admiral Bred Kuper #Rufiz Hazifoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    3 Sentyabr 2026 09:09

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    2 Sentyabr 2026 16:13

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

    2 Sentyabr 2026 10:22
    XƏBƏR LENTİ

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.