BAKI,VOA,Vüsalə Əzimzadə
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
VOA məlumat verir ki,söhbət zamanı tərəflər BƏƏ ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə Yaxın Şərqdəki son vəziyyət və onunla bağlı diplomatik səylər barədə fikir mübadiləsi aparıblar.