Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    BMT Təhlükəsizlik Şurasında tarixi an: Vaşinqton İsrailin addımlarına qarşı çıxdı

    12 Sentyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT Təhlükəsizlik Şurasında tarixi an: Vaşinqton İsrailin addımlarına qarşı çıxdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

    BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib.

    Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

    Xatırladaq ki, ABŞ indiyədək 50-dən çox dəfə veto hüququndan istifadə edərək İsrailə qarşı sərt addımların qarşısını almışdı. Sonuncu belə hadisə 2016-cı ilin dekabrında, Barak Obamanın prezidentliyinin son günlərində qəbul edilən 2334 saylı qətnamə olmuşdu. Həmin sənəddə İsrailin işğal olunmuş Fələstin ərazilərində məskunlaşma siyasəti qətiyyətlə pislənmişdi.

    Paris və Londonun təşəbbüsü

    Fransa və Britaniyanın hazırladığı bəyanat İsrailə beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi barədə açıq xəbərdarlıq idi. Şura üzvləri Qətərə dəstək nümayiş etdirərək onun suverenliyinə sadiq olduqlarını, BMT Nizamnaməsinin prinsiplərinə bağlılıqlarını vurğuladılar.

    Bəyanatda həmçinin qeyd olundu ki, Qətərin Misir və ABŞ-la birlikdə həyata keçirdiyi vasitəçilik səyləri bölgədə sülh üçün həyati əhəmiyyət daşıyır. Əsas prioritet isə girovların azad edilməsi, müharibənin dayandırılması və Qəzzadakı humanitar iztirabların aradan qaldırılmasıdır.

    Trampın mövqeyi

    Donald Tramp “Truth Social” platformasında yazaraq Qətərə edilən hücumun nə İsrailin, nə də Amerikanın maraqlarına xidmət etmədiyini bildirib. ABŞ-ın BMT-dəki nümayəndəsi Doroti Şe də bu mövqeyi bəyanat zamanı təkrar edib, eyni zamanda “HƏMAS-ı məhv etməyin nəcib məqsəd olduğunu” əlavə edib.

    Qətər və ərəb ölkələrinin sərt reaksiyası

    Qətər Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Təhlükəsizlik Şurasında çıxış edərək İsraili vasitəçilik səylərini sabotaj etməkdə ittiham edib: “Dohaya hücum İsrailin sülhü əngəlləmək və fələstinlilərin iztirablarını uzatmaq niyyətini açıq şəkildə göstərir.”

    İordaniya xarici işlər naziri Əymən əs-Səfədi də İsrailin suveren dövlətlərin hüquqlarını pozduğunu bildirərək, hazırkı şəraitdə sülh üçün İsraildə real tərəfdaş görmədiklərini açıqlayıb.

    BMT və digər beynəlxalq aktorların mövqeyi

    BMT rəsmisi Rozmari Di Karlo hücumu dünyanı şoka salan hadisə adlandıraraq, bunun Qəzza müharibəsində yeni və təhlükəli mərhələ açacağı barədə xəbərdarlıq edib. BƏƏ-nin müşaviri Ənvər Qarqaş isə hücumu məsuliyyətsiz eskalasiya adlandırıb və bölgədə onsuz da gərgin vəziyyəti daha da alovlandırdığını deyib.

    Pakistan nümayəndəsi Asim İftixar Əhməd İsrailin əsas məqsədinin sülh imkanlarını məhv etmək olduğunu vurğulayıb. Əlcəzair nümayəndəsi Ammar bin Cami isə Şuranın bəyanatını zəif adlandıraraq “sükut xaosu daha da dərinləşdirir”, - deyə bildirib.

    Mübahisəli mövqelər

    Cənubi Koreya nümayəndəsi bu hücumu düşmənçilik addımı kimi qiymətləndirib. Lakin İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon hücumu əksinə, “terrorçulara heç yerdə sığınacaq verilməyəcəyi mesajı” kimi təqdim edib: “İsrail terror liderlərinə qarşı dünyanın istənilən yerində fəaliyyət göstərəcək.”

    #Qəzza #İsrail #Qəzza zolağı #BMT #ABŞ #Fransa #Böyük Britaniya #Misir #Qətər #Donald Tramp #HƏMAS #BMT TŞ #Doha #İordaniya #Barak Obama #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Əymən əs-Səfədi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qətər vasitəçiliyi #HƏMAS-ın mövqeyi #Səməd Əyyubov #Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani #İsrail HƏMAS liderlərini hədəf aldı #HƏMAS İsrail hücumu #İsrail hücumu Qətər #İsrail hücumu HƏMAS #İsrail HƏMAS sui-qəsd #İsrail Qətər gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34
    XƏBƏR LENTİ

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.