Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Mā'ohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının lideri Oskar Temaru ölkəsinin onilliklər boyu davam edən Fransa müstəmləkəçiliyinə son qoyacağını və suveren dövlət kimi tanınması istiqamətində beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcəklərini qeyd edib

    Oskar Temaru Mā'ohi Nui-nin tam suverenliyi ilə bağlı bəyanat hazırlayıb. Sözügedən bəyanat oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək.

    Temarunun fikrincə, Maohi Nuinin rəsmi Parisdən qaynaqlanan siyasi məhdudiyyətlərdən və institusional asılılıqdan çıxmasının əsas yolu xalqın öz gələcəyini sərbəst müəyyənləşdirməsi və suveren dövlət quruculuğu prosesinə başlamasıdır. O hesab edir ki, Fransanın ərazi üzərindəki nəzarəti artıq tarixi baxımdan əsassız və qanunsuz xarakter daşıyır, ərazinin dekolonizasiyası isə artıq beynəlxalq gündəlikdə yer alıb və bu proses BMT çərçivəsində davam etdirilməlidir.

    Qeyd edək ki, Fransanın uzun illər ərzində göstərdiyi müqavimətə baxmayaraq, Fransız Polineziyası 2013-cü ildə BMT Baş Assambleyasının qərarı ilə yenidən özünü idarə etməyən ərazilər siyahısına daxil edilib.

    Oskar Temaru məsələ ilə əlaqədar petisiyaya start verməyi planlaşdırır. Petisiyanın məqsədi Mā'ohi Nuinin Fransa müstəmləkəsindən azad olaraq müstəqillik qazanmasının məhz əhalinin özünün siyasi iradəsi olduğunu və bu tələbin geniş xalq dəstəyinə malik olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Temaru bu təşəbbüs üçün seçicilərin əksəriyyətinin dəstəyini prosesin legitimliyi baxımından vacib şərt kimi qiymətləndirir.

    Bu tarixi mübarizədə Bakı Təşəbbüs Qrupu (BTQ) "Mā'ohi Nui" xalqının öz müqəddəratını təyinetmə hüququnu və dekolonizasiya prosesini qlobal platformalarda qətiyyətlə müdafiə edir. Tərəfdaşlığın institusional əsasını təşkil edən sənəd 26 aprel 2024-cü ildə BMT-nin Vyanadakı ofisində Bakı Təşəbbüs Qrupu ilə "Tavini Huiraatira" Partiyası arasında imzalanıb.

    Fransanın uzun illər ərzində Fransız Polineziyası ərazisində apardığı nüvə sınaqlarının yerli əhaliyə vurduğu ağır tibbi və ekoloji nəticələri, o cümlədən onkoloji xəstəliklərin sürətlə yayılması və ərazinin radioaktiv çirklənməsi Fransa müstəmləkəçiliyinin fəsadlarının bariz sübutudur.

    Oscar Temaru, President of Tavini Huiraatira and Mayor of Fa'a'a:
    Will make a statement on independence before the United Nations Fourth Committee, which is responsible for decolonization matters.

    * * *

    Oscar Temaru, président du Tavini Huiraatira et maire de Fa'a'a:
    Fera une… pic.twitter.com/2TsgPHMjf0

    — Baku Initiative Group (@bakuinitiative) September 1, 2026
    #BMT #Nyu-York #Paris #Vyana #FRans #Bakı Təşəbbüs Qrupu #Fransız Polineziyası #Tavini Huiraatira #Oskar Temaru Mā'ohi Nui
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

    25 Avqust 2026 16:53

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    25 Avqust 2026 10:55

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.