Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran Nüvə Silahının Yayılmamasına dair Sazişdən çıxa bilər

    27 İyul 2025 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran Nüvə Silahının Yayılmamasına dair Sazişdən çıxa bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran parlamenti, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacağı təqdirdə, ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasını 24 saat ərzində təsdiqləməyə hazırdır.

    AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənüçöhr Mottaki bildirib.

    “Bir qrup deputat İranın NPT-dən çıxması ilə bağlı qanun layihəsini parlamentin hüquqi sistemində qeydiyyatdan keçirib və əgər Avropa tərəfi düşünülməmiş addımlar ataraq İrana qarşı yeni təzyiq alətlərini işə salarsa, bu layihə 24 saat ərzində təsdiqlənəcək” - deyə, o qeyd edib.

    Mottaki əlavə edib ki, ABŞ və Avropa İrana təzyiq yolu ilə uranın zənginləşdirilməsi sahəsindəki qanuni hüququndan imtina etdirməyi bacaracaqlarını düşünməməlidirlər. Onun fikrincə, İran diplomatları avropalılarla danışıqlarda hədsiz həvəs göstərməməlidir, çünki “onlar son 22 ildə etibarsızlıqlarını və bacarıqsızlıqlarını sübut ediblər”.

    Qeyd edək ki, 25 iyul tarixində İstanbulda 12 günlük İran-İsrail müharibəsindən sonra ilk dəfə olaraq İranla “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli məqsədilə xarici işlər nazir müavinləri səviyyəsində danışıqlar baş tutub. Görüşdən sonra tərəflər məsləhətləşmələrin davam etdiriləcəyini bildiriblər. İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi görüşü “əhatəli və səmimi” olaraq qiymətləndirib.

    Xatırladaq ki, ABŞ və “Avropa üçlüyü” İranla nüvə sazişinin bağlanması üçün avqustun sonunu son tarix kimi müəyyən ediblər. Əgər bu müddətədək razılaşma əldə olunmasa, Böyük Britaniya, Almaniya və Fransa Tehrana qarşı sanksiyaların bərpası mexanizmindən istifadə etməyi planlaşdırırlar.

    #İsrail #İran #Almaniya #Avropa #ABŞ #Fransa #Böyük Britaniya #saziş #nüvə silahı #nüvə proqramı #İranın nüvə proqramı #İran nüvə proqramı #İran Xarici İşlər Nazirliyi #Avropa üçlüyü və İran #İranın nüvə silahlanma ehtimalı #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Avropa ölkələri #Nüvə proqramları #İranın nüvə proqramı 2025 #İran parlamenti #İran nüvə silahı #İranın nüvə silahı var #Nüvə silahlarının yayılması #İranın nüvə silahı təhlükəsi #Nüvə silahlarının yayılmaması #Nüvə silahlarının regional təhlükəsi #Kazim Qəribabadi #Avropa üçlüyü danışıqları #Snapback #Mənüçöhr Mottaki
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.