#Avropa üçlüyü danışıqları

Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və danışıqların iflasa uğramasından sonra ölkəyə qarşı sanksiyaların bərpası məsələsini müzakirə etmək üçün avqustun 29-da qapalı məsləhətləşmələrin keçirilməsini tələb ediblər. Bu barədə diplomatik mənbə məlumat yayıb.

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.

Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb. Məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.

Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir. Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.