ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə rəsmi Tehrana qarşı ən sərt hədələrindən birini səsləndirib. Tramp bildirib ki, əgər İran tərəfi təklif olunan sazişi imzalamasa, ölkə tamamilə məhv ediləcək.
#saziş
Azərbaycan və Türkiyə arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan uzunmüddətli saziş imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, razılaşma iki gün əvvəl əldə olunub və Xəzər dənizində yerləşən Abşeron qaz yatağını əhatə edir. Onun sözlərinə görə, saziş çərçivəsində Abşeron yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il müddətində Türkiyəyə qaz tədarükü həyata keçiriləcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə tərəfindən imzalanan 3 beynəlxalq müqavilə Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Komissiyası ilə əməkdaşlığını gücləndirməyə yönəlib.Türkiyə Respublikası ilə BMT və onun ixtisaslaşmış qurumları arasında “Texniki Yardım haqqında Dəyişiklik edilmiş Standart Saziş”ə dair əlavə notalar mübadilə edilib. Bu saziş, BMT-nin Türkiyədəki Rezident Əlaqələndirici Ofisi və əməkdaşlarının fəaliyyətini dəstəkləmək məqsədilə bir il müddətinə uzadılıb. Sazişə zəruri düzəlişlər daxil edilərək Türkiyə ilə BMT Katibliyi arasında əməkdaşlığın davamlılığı təmin edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Ankara şəhərində keçirilən görüşlər zamanı iki ölkə arasında 20 mühüm sənəd imzalanıb.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
İran parlamenti, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacağı təqdirdə, ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasını 24 saat ərzində təsdiqləməyə hazırdır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
Fransanın xarici ərazisi olan Yeni Kaledoniya ilə Fransa arasında 10 günlük danışıqların ardından Parisdə “dövlət statusu” ilə bağlı tarixi saziş imzalanıb.
Danimarka və Moldova arasında Moldovanın silahlı qüvvələrinin gücləndirilməsinə yönəlmiş hərbi əməkdaşlıq sazişi imzalanıb.
Özbəkistan və Monqolustan strateji tərəfdaşlığa dair sənəd imzalayıb.