Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Yaxın Şərqdə İdeoloji Müharibələr sona çatır...Uduzan kimlərdir?

    22 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqdə İdeoloji Müharibələr sona çatır...Uduzan kimlərdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    1973-cü il 6 Oktyabr savaşı İsraili necə təəccübləndirdisə, 2023-cü il 7 Oktyabrda baş verən “Əqsa Tufanı” da bir o qədər sarsıdıcı oldu. Bu iki savaş arasında düz 50 il fərq olsa da, hər biri tarixi mərhələlərin sonunu və yenisinin başlanğıcını simvolizə edir. Birincisi ərəb dövlətlərinin İsrailə qarşı sonuncu klassik müharibəsi oldu və Misirlə sülh müqaviləsi ilə nəticələndi. İkincisinin – “Əqsa Tufanı”nın – nəticələri isə hələ tam görünməsə də, bölgədə “milis əsri”nin və İranın Fələstin bəhanəsi ilə regiona nüfuzunun sonunu xəbər verir.

    Sadat barışa getdi, bəs HƏMAS...?

    1973-cü ildən sonra Misir prezidenti Ənvər Sadat sülh yolunu seçdi. Baxmayaraq ki, o dövrün bəzi ərəb dairələri onu “xain” adlandırdı, bir çoxları isə onu zamanını qabaqlayan, müdrik qərar verən lider hesab etdi. Sadat torpağını geri aldı və ölkəsini növbəti savaşlardan xilas etdi.

    Bəs eyni sual HƏMAS üçün keçərlidirmi? 7 oktyabrda İsraili vuran HƏMAS barış yolunu seçə bilərdimi? Cavab sadə deyil. Sadat misirli idi və milli maraqlar əsas idi. HƏMAS isə bölgədəki daha geniş – İran yönümlü – regional gündəmin tərkib hissəsidir. HƏMAS liderləri dəfələrlə bəyan ediblər ki, onların mübarizəsi Fələstin dövləti üçün olmaqla yanaşı, təşkilatın öz varlığı üçündür. İsrail isə bu hücumdan sonra yalnız bir şeyi qəbul edəcəkdi – tam təslimiyyət.

    İsrail illərdir hazırlaşırdı

    İsrail üçün 7 oktyabr sürpriz oldu, lakin sonrakı hadisələr göstərdi ki, bu savaş Tel-Əvivin uzun illər öncədən planlaşdırdığı strateji bir mərhələ idi. Fordo və Nətənz kimi obyektlərə hücum, İsmayıl Haniyyənin, Fəttah Şükürün və Həsən Nəsrullahın hədəfə alınması, Dəməşqdə İran konsulluğuna zərbə, hətta İranda daxildən həyata keçirilən əməliyyatlar bunu sübut edir. İsrail yalnız “qolları” deyil, “başı” – yəni İranın özünü də hədəf seçmişdi.

    İdeoloji savaşların sonu

    Əgər bu müharibənin sonunda İran danışıqlar masasına geri dönərsə – istər şərtlərə görə bu “təslimiyyət” adlandırılsın, istərsə də “görüş” – hər iki halda bu, İran İslam Respublikasının bölgədəki ideoloji layihəsinin sonudur. Artıq Fələstin “bəhanəsi” kimi istifadə edilə bilməyəcək.

    Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.

    İki cəbhə, bir nəticə: Uduzan həm də İsraildir

    İran və onun müttəfiqləri ideologiyaya qapılaraq dövləti məhv etdilər. Ancaq bu savaşda uduzan yalnız onlar deyil. İsrailin özü də hazırda radikal ideologiya ilə idarə olunur. Müharibədən sonra bu sual onun qarşısında dayanacaq: O, radikalların təsiri altında qalacaq, yoxsa beynəlxalq hüququ tanıyan dövlət kimi rasional davranacaq?

    Bütün bu suallara indi cavab vermək çətindir. Amma bir həqiqət aydındır – bu savaş digər savaşlardan fərqlənir. Burada tək qalib yoxdur. Bu, həm də İsrail üçün, həm də İran üçün, həm də Fələstin üçün dağıdıcı bir dönüş nöqtəsidir. Tarixin bu səhifəsi həm bölgədə, həm də dünyada ideoloji savaşların sonunu yazır.

    #İsrail #İran #HƏMAS #Həsən Nəsrullah #İsmayıl Haniyə kimdir? #İran ballistik raketləri #İran inqilabı və şiə siyasəti #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah və Livan siyasəti #İran siyasəti #İranın ali rəhbəri #İranın dini elitası #İran dini bürokratiyası #Həsən Nəsrullah sui-qəsdi #Hizbullah və Livan münaqişəsi #İsrailə qarşı etirazlar #ABŞ-İsrail ortaq strategiyası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #Nəsrullahın dəfni #HƏMAS-ın bəyanatı #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Hizbullah Briqadaları İraq #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Həsən Nəsrullah və şiə travması #İsmayıl Haniyyə qətlə yetirildi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30
    XƏBƏR LENTİ

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.