#7 Oktyabr HƏMAS hücumu

HƏMAS hərəkatının rəhbərliyi yanvar ayının ilk on günlüyündə keçirilməsi planlaşdırılan Siyasi Şura rəhbəri seçkilərini təxirə salmaq barədə qərar qəbul edib. Asharq Al-Awsat" qəzetinə danışan hərəkat daxilindəki yüksək rütbəli mənbələr səsvermənin "növbəti bildirişə qədər" təxirə salındığını bildiriblər. Yeni tarix hələ müəyyən edilməsə də, seçkilərin hər an keçirilə biləcəyi qeyd olunub. Mənbələrdən biri təxirə salınma səbəbini regiondakı təhlükəsizlik və siyasi şərait, eləcə də hərəkatın hazırda ABŞ və regional vasitəçilərin iştirakı ilə davam edən atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara fokuslanması ilə əlaqələndirib. Bununla yanaşı, Qəzza zolağında təşkilati tənzimləmələrlə bağlı daxili fikir ayrılıqlarının da qərara təsir etdiyi vurğulanır.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib. Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib. “Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ordunun məşhur generallarından biri olan Devid Petrayus Yaxın Şərqdə dəyişən siyasi mənzərə, Suriya ilə yeni münasibətlər və Qəzzada gələcək təhlükəsizlik modeli barədə geniş təhlil təqdim edir. Onun sözlərinə görə, Donald Trampın qeyri-ənənəvi, bəzən sərt görünən diplomatiyası müəyyən hallarda real nəticələr verib və bu siyasətin əsas məntiqi təzyiq ilə strateji praqmatizmi birləşdirməkdir.

İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.