#HƏMAS-ın hərbi strategiyası

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Bəssam Naim müharibədən sonrakı Qəzzanı idarə etmək üçün texnokratik komitənin yaradılmasını müsbət addım kimi qiymətləndirib. Misirin vasitəçiliyi ilə elan edilən 15 nəfərlik Fələstin texnokratik komitəsi ABŞ Prezidenti Donald Trampın rəhbərlik edəcəyi "Sülh Şurası"nın nəzarəti altında fəaliyyət göstərəcək. Bəssam Naim bildirib ki, bu komitənin qurulması atəşkəsin möhkəmləndirilməsi, müharibənin yenidən başlamasının qarşısının alınması və humanitar böhranın həlli üçün həlledici əhəmiyyət kəsb edir. O, HƏMAS-ın Qəzza zolağının idarəçiliyini milli keçid komitəsinə təhvil verməyə və onun fəaliyyətinə şərait yaratmağa hazır olduğunu vurğulayıb.

HƏMAS hərəkatının rəhbərliyi yanvar ayının ilk on günlüyündə keçirilməsi planlaşdırılan Siyasi Şura rəhbəri seçkilərini təxirə salmaq barədə qərar qəbul edib. Asharq Al-Awsat" qəzetinə danışan hərəkat daxilindəki yüksək rütbəli mənbələr səsvermənin "növbəti bildirişə qədər" təxirə salındığını bildiriblər. Yeni tarix hələ müəyyən edilməsə də, seçkilərin hər an keçirilə biləcəyi qeyd olunub. Mənbələrdən biri təxirə salınma səbəbini regiondakı təhlükəsizlik və siyasi şərait, eləcə də hərəkatın hazırda ABŞ və regional vasitəçilərin iştirakı ilə davam edən atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara fokuslanması ilə əlaqələndirib. Bununla yanaşı, Qəzza zolağında təşkilati tənzimləmələrlə bağlı daxili fikir ayrılıqlarının da qərara təsir etdiyi vurğulanır.

HƏMAS İsrail ordusunun atəşkəs razılaşmasını pozmağa davam etdiyini və geri çəkildiyi ərazilərdə məcburi köçkün mülki şəxsləri hədəf aldığını açıqladı. HƏMAS-ın sözçüsü Hazem Qassem yazılı açıqlamasında bildirib ki, İsrail ordusu atəşkəs razılaşmasını pozur, geri çəkildiyi ərazilər kimi müəyyən edilən "Sarı Xətt"in xaricindəki sığınacaqları və məcburi köçkün düşərgələrini hədəf alır.

İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi, doktor Mustafa Bərğuti bəyan edib ki, İsrailin Dohada HƏMAS nümayəndə heyətini hədəfə alan hücumu “dönüş nöqtəsi”dir və çox təhlükəli nəticələrə gətirib çıxaracaq. O bildirib ki, İsrailin əsl siması üzə çıxdı – razılaşmaya mane olan tərəf fələstinlilər deyil, məhz İsraildir və o, hər dəfə qəsdən gərginliyi artırır. Qətər dövləti isə HƏMAS-ın Siyasi Bürosunun bir neçə üzvünün yaşayış yerlərinə edilən İsrail hücumunu pisləyib və bu məsuliyyətsiz davranışa göz yummayacağını vurğulayıb.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.