İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi qüdrəti həmçinin İran daxilində həyata keçirilən gizli əməliyyatlar və Livan sərhədindəki son vəziyyət barədə strateji açıqlamalar verib. Baş nazir çıxışı zamanı İsrailin hazırda hər zamankindən daha güclü mövqedə olduğunu və Amerika Birləşmiş Ştatları ilə müttəfiqlik şəraitində dünyadakı şər qüvvələrinə qarşı mübarizə apardıqlarını qeyd edib.
#İran ballistik raketləri
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri gecə saatlarından etibarən ölkə ərazisinə istiqamətlənən ciddi hava hücumunun qarşısını alıb. Məlumata görə, hədəfə çatmadan məhv edilən raketlərin qalıqları yaşayış məntəqələrindən kənara düşüb. İlkin dəyərləndirmələrə görə, hadisə nəticəsində ciddi dağıntı və ya insan itkisi qeydə alınmayıb
İranın İsrailə raket zərbələri Tel-Əviv və ətraf bölgələrdə həyəcan siqnallarına səbəb olub. İran tərəfindən yeni raket hücumunun başladığı barədə məlumat yayıldıqdan sonra İsrailin mərkəzi bölgələrində, xüsusilə Tel-Əvivdə sirenlər səslənib. Məlumata görə, hücum nəticəsində bəzi binalar və nəqliyyat vasitələri zərər görüb, Holon şəhərindəki dəmir yolu stansiyasında maddi ziyan qeydə alınıb.
İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, 2015-ci il nüvə sazişində iştirak edən Avropa tərəflərinin, Tehrana qarşı BMT sanksiyalarını bərpa edəcək “tetik mexanizmi” (snapback) işlətmək üçün hüquqi səlahiyyəti yoxdur. İranın rəsmi IRNA xəbər agentliyinə əsasən, Bekayi Tehranda Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasət gündəmi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə, Fransa və Almaniyanın "İranın sazişi pozduğunu əsas gətirərək BMT sanksiyalarını bərpa etmək üçün mexanizmi işə salmaq" hədəsini dəyərləndirən Bekayi deyib ki, "Avropa tərəflərinin bu mexanizmdən istifadə etməyə nə hüquqi, nə də mənəvi legitimliyi var."
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər. Bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, bu gün səhər İsrailə qarşı həyata keçirilən hücum zamanı ilk dəfə olaraq "Xeybər Şekan" adlı orta mənzilli ballistik raket istifadə edilib.
Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.
Kreml bildirib ki, Rusiya İsrail və İran arasında münaqişədə vasitəçilik etməyə hazırdır.
İsrailin İranın qərbindəki Kirmanşah şəhərində xəstəxananı vurduğu açıqlanıb.
BMT Baş katibi Guterreş İsrail-İran gərginliyi ilə bağlı çağırış edib.