BAKI,VOA, Həcər Nazarova
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının açıq olması barədə ABŞ-ın iddialarını rədd edib.
VOA xəbər verir ki, korpusun yaydığı bəyanatda ABŞ-ın bu açıqlamalarının neft qiymətlərinə nəzarət etmək və Vaşinqtonun uğursuzluqlarını gizlətmək cəhdi olduğu bildirilib. İran tərəfi boğazın İranın icazəsi olmadan gəmilər üçün bağlı olaraq qaldığını açıqlayıb.
Bəyanata görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları dayandırılana və müvafiq öhdəliklər yerinə yetirilənə qədər məhdudiyyətlər qüvvədə qalacaq.
ABŞ Prezidenti Donald Tramp isə dəfələrlə Hörmüz boğazının açıq olduğunu bildirib.
İlkin gəmiçilik məlumatlarına əsasən, cümə axşamı Hörmüz boğazından cəmi 7 yük gəmisi keçib. Bu göstərici bir gün əvvəl qeydə alınan 17 keçiddən və son 10 gün üzrə orta hesabla 15 keçiddən aşağıdır.