BAKI,VOA, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ hökumət rəsmilərinin media vasitəsilə enerji bazarlarını manipulyasiya etməyə çalışdıqlarını bəyan edib.
VOA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Kəşfiyyat məlumatlarımız enerji bazarlarında böyük manipulyasiya cəhdlərinin olduğunu göstərir", — deyə Əraqçi qeyd edib.
O, ABŞ hökumətindəki müəyyən elementlərin şəxsi mənfəət əldə etmək və ABŞ Prezidenti Donald Trampı "uduzulmuş müharibədə batıb qalmağa" məcbur etmək üçün saf medyadan istifadə edərək qiymətlərə təsir göstərdiyini vurğulayıb.
Əraqçi, həmçinin İsrailə yaxın olan tərəflərin "çəhrayı qiymətləndirmələr" təqdim etməklə müharibəni daha da qızışdırdıqlarını bildirib.
İranlı diplomat əlavə edib ki, bu cür manipulyasiyaların real acı nəticələrini sonda ABŞ istehlakçıları öz cibində hiss edirlər.