BAKI,VOA, Həcər Nazarova
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyanın paytaxtı Moskvada keçirilən son görüşlər barədə Kiyevə məlumat verdiyini açıqlayıb.
VOA xəbər verir ki, Zelenski cümə günü axşam videomüraciətində bildirib ki, ABŞ-dan alınan məlumat Moskvada yaxın günlərdə keçirilmiş bir sıra görüşlərlə bağlı olub. Onun sözlərinə görə, Ukrayna bu görüşlərdən əvvəl və sonra ABŞ-la əlaqə saxlayıb.
“Rusiya müharibəni dayandırmalıdır və bunun baş verməsi üçün bütün zəruri şərait yaradılmalıdır”, - Zelenski qeyd edib.
O, görüşlərdə kimlərin iştirak etdiyini açıqlamayıb.
Qeyd edək ki, çərşənbə günü Kremlin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin çərşənbə axşamı Moskvaya səfər etdiyini təsdiqləyib. Bu, MKİ direktorunun 2021-ci ildən bəri Rusiyaya ilk səfəri olub. Kreml səfər çərçivəsində təhlükəsizlik xidmətləri arasında təmasların baş verdiyini və bunu “müsbət proses” kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp isə Retkliffin Moskva səfərini “yarımmüntəzəm” xarakterli adlandırıb.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin NATO ərazisinə hücum etməyəcəyini bildirib. O, Putinlə “yaxşı danışıqlar” apardığını və Rusiyanın NATO ərazisinə hücum etməyəcəyini deyib.