#İran-ABŞ qarşıdurması

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının açıq olması barədə ABŞ-ın iddialarını rədd edib. VOA xəbər verir ki, korpusun yaydığı bəyanatda ABŞ-ın bu açıqlamalarının neft qiymətlərinə nəzarət etmək və Vaşinqtonun uğursuzluqlarını gizlətmək cəhdi olduğu bildirilib. İran tərəfi boğazın İranın icazəsi olmadan gəmilər üçün bağlı olaraq qaldığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media orqanı ABŞ-nin hərbi təhdidləri davam etdiyi müddətdə İranın heç bir razılaşma imzalamayacağını bəyan edib. Adı açıqlanmayan rəsmiyə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda yekun razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-nin müdaxiləsi və Vaşinqtonun təhdidləridir.

Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı ABŞ-ı İranın nüvə və digər həssas obyektlərinə hər hansı hücumdan çəkinməsi barədə xəbərdar edib. Bəyanatda həmçinin ABŞ-ın, onun müttəfiqlərinin və dəstəkçilərinin bütün maraqlarının İran Silahlı Qüvvələri tərəfindən güclü hücumlara məruz qalacağı vurğulanıb.

İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla mümkün danışıqlar üçün İsveçrəyə yola düşdüyü iddia olunur. Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də hazırda İsveçrədə olduğu iddia edilir. Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçinin də İsveçrəyə səfər planının olduğu, lakin bunun dəyişə biləcəyi qeyd olunub.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi (MSB) Amerika Birləşmiş Ştatları (ABŞ) və İran İslam Respublikası arasında hərbi gərginliyin və münaqişələrin dayandırılması məqsədilə əldə olunan rəsmi memorandumu dəstəklədiyini bəyan edib. Regional təhlükəsizlik və müdafiə sənayesi mövzularına toxunan nazirlik sözçüsü, Vaşinqton və Tehran arasında əldə edilən sülh addımını Ankaranın rəsmən alqışladığını bildirib.

"Tərəflərin bir an əvvəl qarşılıqlı hücumlarını, zərbələrini dayandırıb müzakirə masasına qayıtmalarını və tamamlamağa çox yaxın olduqları mətn üzərində işi bitirmələrini tövsiyə edirik. Bizim də səylərimiz, fəaliyyətimiz bu istiqamətdədir. Gərginliyin artmasının, yenidən genişmiqyaslı müharibə mühitinə qayıdılmasının heç kimə faydası yoxdur. Nə qədər çətin olsa da, müzakirələrin yekun nöqtəyə çatdırılması əsas məqsəd olmalıdır.

ABŞ və İran arasında hərbi gərginliyin eskalasiya etməsi və qarşılıqlı raket zərbələrinin endirilməsi fonunda rəsmi Pekin Yaxın Şərqdəki vəziyyətlə bağlı beynəlxalq birliyə təcili çağırış edib. Çin Xarici İşlər Nazirliyi regionda alovlanan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

Qətər dövlətinin rəsmi nümayəndə heyəti İranın paytaxtı Tehrana rəsmi səfər edib. ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda bölgədə alovlanan genişmiqyaslı müharibənin dayandırılması və diplomatik həll yollarının tapılması müzakirə ediləcək əsas mövzular arasında yer alır.

İran Xarici İşlər Nazirliyi, ABŞ ordusuna məxsus helikopterin qəzaya uğramasını bəhanə gətirərək Birləşmiş Ştatların ölkənin cənub bölgələrinə təşkil etdiyi hava zərbələrini kəskin pisləyib və bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaii bildirib ki, ABŞ Dövlət Katibi Marko Rubionun, Konqresdə çıxışı zamanı bir İran agentinin ABŞ Prezidenti Donald Tramp və digər yüksək səviyyəli amerikalı siyasətçilərə sui-qəsd planlamasından məhkum edildiyi yönündəki iddiaları yanlışdır.