Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

    29 Avqust 2026 17:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Əlcəzair qadın milli komandasının kapitanı və İngiltərənin "Bristol Siti" klubunun futbolçusu Marin Dafeur ölkəsinin 2027-ci ildə Braziliyada keçiriləcək Qadınlararası Dünya Çempionatına tarixi vəsiqə qazanmasından danışıb. FİFA-nın rəsmi saytına müsahibə verən 31 yaşlı futbolçu komandanın mundialda güclü çıxış etmək üçün real potensiala sahib olduğunu vurğulayıb.

    Əlcəzair millisi Qadınlararası Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Kasablankada Kot-d'İvuara qarşı oyunda geridönüş edərək 2:1 hesabı ilə qalib gəlib və tarixində ilk dəfə dünya çempionatına vəsiqəni təmin edib. Turnirin ən parlaq oyunçularından olan Dafeur açılış matçında Seneqala qarşı penaltidən (2:0), ardınca isə Keniyaya qarşı cərimə zərbəsindən möhtəşəm qolla fərqlənib (2:0).

    Keniyaya vurduğu qol barədə danışan kapitan baş məşqçinin ona topa güclü zərbə vurmağı tapşırdığını, onun da bu göstərişə əməl edərək karyerasının ən gözəl qoluna imza atdığını qeyd edib. Əlcəzair millisi bürünc medal uğrunda görüşdə Mərakeşi ("Atlas şirləri") əsas vaxtı 1:1 bitən oyunda penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edərək turnirin üçüncüsü olub.

    Fransa millisindən Əlcəzair kapitanlığına

    Marin Dafeur maraqlı beynəlxalq karyera yoluna malikdir. O, 2014-cü ildə Fransanın 20 yaşlılardan ibarət (U-20) yığması ilə dünya üçüncüsü olub və əsas yığmaya namizədlərdən sayılıb. Lakin dizindəki ikiqat çarpaz bağ zədəsi onu uzun müddət yaşıl meydanlardan uzaq salıb. Üç il əvvəl idman vətəndaşlığını dəyişərək atasının vətəni olan Əlcəzair yığmasını seçən futbolçu baş məşqçi Fərid Benşeyxanın rəhbərliyi altında komandanın əsas fiquruna çevrilib.

    Braziliyadakı mundial heyətinə düşməyin əsas hədəfi olduğunu deyən Dafeur bildirib ki, komandada təcrübəli və gənc futbolçuların əla vəhdəti var: "Mundiala hazırlaşmaq üçün bir ildən az vaxtımız var və bu müddətdən maksimum yararlanmalıyıq".

    #FİFA #Əlcəzair #Atlas şirləri #Əlcəzair milli komandası #Əlcəzair qadın milli komandası #Bristol Siti #Marin Dafeur #Qadınlararası Afrika Millətlər Kuboku #Marin Dafeur Əlcəzair qadın futbolu #2027 Qadınlararası Dünya Çempionatı Braziliya #Əlcəzair qadın millisi Səhra döyüşçüləri #Bristol Siti futbolçusu Marin Dafeur #Afrika Millətlər Kuboku qadınlar bürünc medal #Əlcəzair Kot d İvuar oyunu 2027 mundial vəsiqəsi #Marine Dafeur Algeria Women National Team captain #2027 FIFA Women World Cup Brazil qualification #Women Africa Cup of Nations Algeria bronze medal #Algeria vs Ivory Coast quarter final comeback #Farid Benstiti Algeria women football coach
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlcəzairin Cicel vilayətində meşələrin 80%-i külə döndü

    29 Avqust 2026 16:39

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    23 Avqust 2026 19:12

    Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu

    19 Avqust 2026 12:09

    Əlcəzair və Qazaxıstan tibb müəssisələri arasında yeni tərəfdaşlıq mərhələsi başlayır

    13 Avqust 2026 14:44

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    11 Avqust 2026 10:45

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    Elyanna FIFA Dünya Çempionatının rəsmi səsi oldu

    18 İyul 2026 21:21

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    18 İyul 2026 19:27

    BƏƏ Əlcəzairdəki uşaq evində baş verən yanğınla bağlı başsağlığı verib

    17 İyul 2026 14:25

    Qətərin nəqliyyat ulduzu Doha metrosu yeddi yaşını qeyd edir

    16 İyul 2026 14:05

    Əlcəzairdə rəsmi Petkoviç qərarı – komandada sərt şərtlərlə qalır

    16 İyul 2026 08:24

    Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?

    16 İyul 2026 02:00
    XƏBƏR LENTİ

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    KSrelief Qəzzada təhlükəsiz içməli su təchizatını gücləndirir

    Əz-Zeydi İraqda korrupsiya sisteminin kökünü tamamilə kəsməyə çağırıb

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.