Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    29 Avqust 2026 16:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Niger Müdafiə naziri general Salifu Modi paytaxt Niameydə baş verən hərbi hərəkətliliyin nəzarət altına alındığını və təhlükəsizlik qüvvələrinin hədəfə alınan strateji məntəqələr üzərində nəzarəti bərpa etdiyini açıqlayıb.

    VOA xəbər verir ki, Modinin açıqlaması Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanı və Prezident Sarayının ətrafında güclü silah səsləri eşidilməsi və partlayışların baş verməsindən sonra dövlət televiziyasında yayımlanıb.

    Nazir bildirib ki, bir qrup hərbçi “hərbi nizamdan ayrılaraq” Niameydəki 101 saylı hərbi bazada bəzi silahdaşlarını saxlamağa cəhd edib. Daha sonra qrup paytaxtın bəzi strateji məntəqələrinə atəş açıb.

    Modi Nigerin müdafiə və təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində hərbi hərəkətliliyin nəzarətə götürüldüyünü bildirib. Onun sözlərinə görə, hədəfə alınan ərazilərdə nəzarət tədricən bərpa edilib.

    Nazir Niamey sakinlərini sakit olmağa və gündəlik fəaliyyətlərini normal şəkildə davam etdirməyə çağırıb.

    Niameydə hava limanı və Prezident Sarayının ətrafında atəş səsləri eşidilib

    Nigerin paytaxtı Niameydə Diori Hamani Beynəlxalq Hava Limanı və Prezident Sarayının ətrafında gecə və səhər saatlarında güclü silah səsləri eşidilib, partlayışlar baş verib.

    Hava limanının ərazisində yerləşən 101 saylı hərbi bazanın da hədəfə alındığı hücumdan sonra təhlükəsizlik qüvvələri bölgəyə nəzarəti bərpa edib və əməliyyata başlayıb.

    Qeyd edək ki, Diori Hamani Beynəlxalq Hava Limanı bu il daha əvvəl də iki dəfə hücuma məruz qalıb. Yanvar ayında hava limanı və ətrafındakı hərbi baza, iyun ayında isə hava limanı və 101 saylı hərbi baza hədəfə alınıb.

    #Niger #Niamey #Diori Hamani Beynəlxalq Hava Limanı #Niameydə partlayış #Salifu Modi #Niameydə hava limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nigerin paytaxtında nə baş verir? Prezident sarayına hücum cəhdi

    29 Avqust 2026 10:48

    Həftar İŞİD-ə qarşı əməliyyata kömək edib

    15 Avqust 2026 13:42

    "Sahil Demokratları Alyansı" - Mühacirət hərəkatı hərbi rejimlərə qalib gələ bilərmi?

    11 Aprel 2026 22:10

    Türkiyə və Niger arasında hərbi əməkdaşlıq genişlənir

    7 Aprel 2026 14:10

    Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

    8 Dekabr 2025 21:12

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Üç Afrika dövləti Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb

    23 Sentyabr 2025 15:44

    Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

    25 İyul 2025 11:10

    Somalidə antiterror əməliyyatı: 40 terrorçu zərərsizləşdirilib

    7 İyun 2025 20:27

    Türkiyə XİN Nigerdə məscidə edilən hücumu pisləyib

    22 Mart 2025 19:42

    Nigerdə məsciddə terror aktı baş verib

    22 Mart 2025 19:25

    Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?

    19 Mart 2025 22:00
    XƏBƏR LENTİ

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    KSrelief Qəzzada təhlükəsiz içməli su təchizatını gücləndirir

    Əz-Zeydi İraqda korrupsiya sisteminin kökünü tamamilə kəsməyə çağırıb

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    Əlcəzairin Cicel vilayətində meşələrin 80%-i külə döndü

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.