Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran ABŞ-ın uranla bağlı mümkün tələblərini “qırmızı xətt” adlandırıb

    22 May 2026 22:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ABŞ-ın uranla bağlı mümkün tələblərini “qırmızı xətt” adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İran ABŞ ilə davam edən diplomatik təmaslar fonunda yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı mövqeyini bir daha açıqlayıb. Tehran bəyan edib ki, uranın təhvil verilməsi ilə bağlı mümkün tələblər qəbul edilməz hesab olunur.

    VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkənin rəsmi xəbər agentliyinə açıqlamasında yüksək zənginləşdirilmiş uranla bağlı məsələlərin Tehran üçün “qırmızı xətt” təşkil etdiyini bildirib.

    Onun sözlərinə görə, İran ərazisində saxlanılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a verilməsi ilə bağlı hər hansı tələb qəbul edilə bilməz. Bəqai qeyd edib ki, bu məsələnin detalları üzərində həddindən artıq fokuslanmaq danışıqlar prosesini mürəkkəbləşdirə bilər.

    İran rəsmisi həmçinin bildirib ki, hazırda Qətər nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşlər keçirir. O əlavə edib ki, Pakistan da prosesdə vasitəçi rolunu davam etdirərək tərəflər arasında diplomatik təmasların saxlanmasına çalışır.

    Son günlər ABŞ və İran arasında müxtəlif diplomatik kanallar üzrə təmasların intensivləşdiyi müşahidə olunur. Bununla yanaşı, tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılıqlarının davam etdiyi bildirilir.

    #İran #ABŞ #Pakistan #Qətər #Tehran #uran #nüvə proqramı #Abbas Əraqçi #Regional təhlükəsizlik #İsmayıl Bəqai #Beynəlxalq münasibətlər #Diplomatik danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    21 Avqust 2026 20:35

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51
    XƏBƏR LENTİ

    Sudanda humanitar vəziyyət necədir?

    Ərəb futbolunda qalmaqal: 'Əl-Nəsr'in yeni müqavilələrinə veto qoyuldu

    Ərəb dünyasının dəb ikonaları - Nur Arida və Xorxina Rodriges "Chopard"ın diqqət mərkəzində

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.