Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizin təhlükəsizliyinin təmin edilməsinin bu dənizə sahili olan dövlətlərin müstəsna məsuliyyəti olduğunu bildirib.Bu barədə VOA məlumat verir.Sisi İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşündə Qırmızı dənizin sabitliyinin pozulmasına, eləcə də onun hərbiləşdirilməsinə və beynəlmiləlləşdirilməsinə yönəlmiş cəhdlərin yolverilməz olduğunu vurğulayıb.
#Regional təhlükəsizlik
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib.Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı zaman söhbət aparılıb.
Birləşmiş Ərəb Əmirlikləri İranın Bəhreyn, İordaniya və İraqın Kürdüstan bölgəsinə hücumlarını pisləyib. Əbu-Dabi İranın addımlarını “düşmən hücumları” kimi qiymətləndirib. BƏƏ Xarici İşlər Nazirliyi hücumların dövlətlərin suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib. Əmirliklər hücuma məruz qalan ölkələrin təhlükəsizliyi və sabitliyinin qorunmasına dəstək ifadə edib. BƏƏ həmin ölkələrin öz təhlükəsizliklərini təmin etmək üçün gördükləri tədbirləri də dəstəklədiyini açıqlayıb. Bəyanat İranın bölgədə həyata keçirdiyi son hücumlardan sonra verilib. Son hadisələr Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlığı daha da artırıb. İranın hücumları Körfəz və digər ərəb ölkələrinin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Oman Sultanı Heysəm bin Tariqlə regiondakı vəziyyəti və təhlükəsizlik və sabitliyin qorunması istiqamətində səyləri müzakirə edib.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin dövlət başçılarının iclası 28 sənədin qəbul edilməsi və imzalanması ilə başa çatıb.
İran Şanxay Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasını təklif edir.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regional sülh və sabitliyi dəstəkləmək məqsədilə birgə fəaliyyət planlarını açıqlayıb. Üç ölkə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində böhranların sülh yolu ilə həllinə dəstək verəcəyini bildirib. Tərəflər Səudiyyə Ərəbistanında üçtərəfli əməkdaşlıq katibliyinin yaradılması barədə qərar qəbul edib. Katibliyə ilk üç il ərzində Pakistan nümayəndəsinin rəhbərlik edəcəyi açıqlanıb. Yeni mexanizm müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasına yönəlib. Üç ölkə regional gərginliyin azaldılması üçün birgə təşəbbüslər həyata keçirməyi planlaşdırır.
Livan Prezidenti Cozef Aun Yunanıstandan İsraillə atəşkəs razılaşmasının həyata keçirilməsinə dəstək istəyib. Aun bildirib ki, Livan xalqı uzunmüddətli müharibələrdən yorulub. O, İsraillə danışıqların əsas məqsədinin düşmənçilik vəziyyətinə son qoymaq olduğunu deyib. Livan Prezidenti ABŞ-nin dəstəklədiyi razılaşmanın yalnız hər iki tərəfin iştirakı ilə icra oluna biləcəyini vurğulayıb. O, hərbi həll yolunun nəticə verməyəcəyini bildirib. Aun İsrail qüvvələrinin Livan ərazisindən tam çıxarılmasının vacibliyini qeyd edib. Yunanıstanın ərəb ölkələri ilə münasibətləri və İsraillə hərbi əlaqələri prosesdə xüsusi rol oynayır.
Avropa İttifaqı İran üzərində təzyiq siyasətini davam etdirmək üçün ABŞ və “Böyük yeddilik” ölkələri ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. Aİ İranın nüvə və ballistik raket proqramlarını məhdudlaşdırmasını tələb edib. Birlik Tehranı regional sabitliyi pozan fəaliyyətlərdə ittiham edib. Aİ İranın Rusiyanın Ukraynadakı müharibəsinə hərbi dəstək verdiyini də qeyd edib. Bəyanatda İran daxilində insan hüquqları məsələlərinə də toxunulub. Avropa İttifaqı təhlükəsizlik maraqları üçün əlavə tədbirlər görmək hüququnu saxladığını bildirib. Hörmüz boğazında dəniz keçidlərinin azadlığının qorunması Aİ-nin əsas narahatlıqlarından biri kimi göstərilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədə davam edən müharibə ilə bağlı açıqlama verib. O, münaqişə tərəflərinin dağıdıcı müharibəni davam etdirmək üçün yeni üsullar hazırladığını bildirib. Fidan bu prosesin dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tərəflərin bir-birini daha da məhv etməsi bütün regiona zərər vuracaq. Türkiyə rəsmisi qarşıdurmanın davam etməsinin bölgənin sabitliyini təhlükə altına aldığını qeyd edib. O, siyasi həll yollarının tapılmasının vacib olduğunu bildirib.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İstanbulda ilk üçtərəfli müdafiə görüşünü keçirib. Toplantı Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində baş tutub. Görüşdə xarici və müdafiə nazirləri, həmçinin hərbi rəhbərlik nümayəndələri iştirak edib. Tərəflər müdafiə imkanlarının artırılması və hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Müdafiə sənayesi sahəsində birgə layihələr də gündəmə gəlib. Razılaşmaya əsasən, tərəflərdən birinə hücum bütün iştirakçı ölkələrə qarşı hücum kimi qiymətləndirilir. İstanbul görüşü üç ölkə arasında yeni təhlükəsizlik mexanizminin formalaşdırılması istiqamətində ilk addım hesab olunur.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış “Məkkə müdafiə sazişi” çərçivəsində yaradılan Siyasi və Müdafiə üzrə Strateji Komitənin ilk iclası avqustun 31-də İstanbulda keçiriləcək. İclasda üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisləri iştirak edəcək. Görüş sazişin imzalanmasından sonra onun praktiki mexanizmlərinin formalaşdırılması baxımından ilk mühüm mərhələ hesab olunur.