BAKI,VOA, Fərid Mikayılov
İran ABŞ-nin Tehrana qarşı planlaşdırdığı "iqtisadi müharibənin" beynəlxalq hüququ pozduğunu bəyan edib.
VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, bir ölkənin müstəsna yurisdiksiyası altında olan banklar, şirkətlər və ya hava limanları başqa dövlətlər tərəfindən üçüncü bir dövlətlə qanuni ticarətdən imtina etməyə məcbur edilməməlidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərindəki iqtisadi təzyiqi artırmaq cəhdləri çərçivəsində İnanı dəstəkləməyə davam edən ölkələrə sert sanksiyalar tətbiq olunacağı ilə hədələmişdi.
Bəqai "Suveren bir dövləti qanuni siyasi seçimini dəyişməyə məcbur etməyə yönəlmiş iqtisadi zorakılıq beynəlxalq müstəvidə hüquqa zidd əməl təşkil edir" deyərək, bu tür ikincil sanksiyaların Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini pozduğunu vurğulayıb.
Trampın planının ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası ilə birlikdə digər ölkələrin suverenliyini "başqa bir gücün iradəsindən asılı, müvəqqəti və şərti" hala gətirəcəyini qeyd edən Bəqayi, bu kimi tədbirlərin hərtərəfli ənənəvi sömürgəçiliyə qayıdış təhlükəsi daşıdığı barədə xəbərdarlıq edib.