Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qəzzada HƏMASa qarşı çıxan silahlı qruplar hansılardır?

    21 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada HƏMASa qarşı çıxan silahlı qruplar hansılardır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitk Təhlil Mərkəzi

    Təxminən 18 ildir Qəzza zolağını idarə edən və 2006-cı il ümumi Fələstin parlament seçkilərində əksəriyyət qazandıqdan sonra 2007-ci ildə bölgədə hərbi nəzarəti ələ keçirən HƏMAS hərəkatı, hakimiyyətini və mövcudluğunu qorumaq üçün daxili çağırışlarla üzləşib və onları nəhayət aradan qaldırmağı bacarıb.
    Lakin 2023-cü il oktyabrın 7-dən əvvəlki vəziyyət, həmin tarixdən sonrakı vəziyyətlə müqayisədə fərqlidir. Son 21 aydır davam edən İsrail müharibəsi zamanı son aylarda HƏMASın nəzarətə başladığı vaxtdan bəri ən ciddi sayılan çağırışlar meydana çıxıb.

    Qəzzada HƏMASa qarşı yeni silahlı qrupların ortaya çıxması hərəkat üçün mühüm dönüş nöqtələrindən biri olub. Müharibə başa çatsa və hərəkat Qəzzada nəzarəti qoruya bilsə belə, bu qrupların mövcudluğu onun qarşısında yeni və davamlı təhlükədir. Bu qrupların bəziləri İsrail tərəfindən dəstəklənir, digərləri isə tayfa əsaslı və ya qisas yönümlü motivasiyalarla hərəkət edir.

    Aşağıda HƏMAS üçün potensial təhlükə yaradan əsas qruplar təqdim olunur:

    Yasir Əbu Şəbbab qrupu

    Son aylar ərzində adı tez-tez hallanan Yasir Əbu Şəbbab, ən önəmli silahlı qruplardan birinə rəhbərlik edir. Qrupu azsaylı olsa da, yüngül silahlarla təchiz olunub və Qəzzanın cənubundakı Rəfah şəhərində yerləşir. Bu bölgənin əksəriyyətinə hal-hazırda İsrail nəzarət edir. HƏMAS bu qrupu “Əbu Şəbbab dəstəsi” adlandırır və onları İsrailə xidmət etməkdə ittiham edir. Əbu Şəbbab isə öz qrupuna “Xalq Qüvvələri” adını verir; bəzən İsrail və Fələstin Muxtariyyəti ilə əlaqəsini inkar edir, bəzən isə dolayısı ilə bu əlaqələri təsdiqləyir.

    Əvvəllər Yasir Əbu Şəbbab fələstinlilər arasında tanınmırdı. O, HƏMAS polisi tərəfindən cinayətkar fəaliyyətlərə görə həbs olunmuşdu və heç bir fələstinli təşkilatla əlaqəsi yox idi. Lakin daha sonra İsrailin hərbi fəaliyyət göstərdiyi bölgələrdəki humanitar yardım maşınlarını oğurlamaq və dağıtmaq əməliyyatlarında iştirak etdikdən sonra tanındı. Bu əməliyyatlarda yaxın qohumları, o cümlədən qardaşları da iştirak edib; onlardan biri Yasirə qarşı həyata keçirilən sui-qəsd cəhdində öldürülüb.

    HƏMASın onu təqib etməsindən sonra Əbu Şəbbab İsrailə sığınıb və onun qorunmasını təmin edib. Sonradan o, daha böyük silahlı dəstələr yaradıb, onlardan bəziləri müxtəlif hadisələrdə öldürülüb. Hal-hazırda Əbu Şəbbab fəaliyyətini Rəfahtan Xan Yunisə qədər genişləndirmək və daha çox silahlını cəlb etmək istəyir. O, son aylarda sosial şəbəkələrdə fəallığını artırıb.

    İyun ayının sonunda Əbu Şəbbab, “Bərbəx” tayfasından olan bəzi şəxslərlə birlikdə Xan Yunisdəki Nasir Tibb Kompleksinə üç gün davam edən silahlı hücum həyata keçirib. Lakin HƏMAS hücumu dəf edib, iştirakçılardan bəzilərini öldürüb və yaralayıb. Bu hadisədən sonra Qəzzadakı silahlı fraksiyaların birləşdiyi “Ortaq Əməliyyat qrupu” Əbu Şəbbabı “xain və İsrailin casusu” elan edərək qanını halal sayıb.

    Əbu Şəbbab hələ HƏMAS”üçün ciddi təhlükə təşkil etmir. Lakin hərəkat ona qarşı əməliyyatlar həyata keçirməklə digərlərinə xəbərdarlıq edir.

    Yasir Hənidəq

    İsrailin media və kəşfiyyat yolları ilə Qəzzada daha çox silahlı qrup olduğunu göstərmək cəhdlərindən biri də “Yadiot Ahronot” qəzetində Yasir Hənidəq adlı bir şəxsin adının çəkilməsi olub. Qəzet yazıb ki, o, Əbu Şəbbabın Xan Yunisdəki analoji qrupuna rəhbərlik edir. Lakin Hənidəq bir video ilə bu iddiaları təkzib edib və şəhərdə sərbəst hərəkət etdiyini göstərib.

    Hənidəq bildirib ki, İsrail və ya hər hansı bir fələstinli təşkilatla əlaqəsi yoxdur. Onun silah daşıması yalnız ailə qisası məqsədilə olub: qarşı tərəf iki qardaşını öldürüb.

    Bəzi müşahidəçilər İsrailin bu cür cinayət zəminində baş verən tayfa qarşıdurmalarından və şəxsi düşmənliklərdən istifadə edərək bu insanları HƏMASa qarşı silahlı qüvvə kimi təqdim etməyə və ya mediada yaymağa çalışdığını düşünürlər.

    Tayfa silahlı dəstələri

    2024-cü ilin fevral ayının əvvəlindən etibarən Qəzzada bəzi böyük tayfalara mənsub şəxslər öz silahlı dəstələrini qurmağa başlayıblar. Bu dəstələr əsasən Qəzzanın şimalındakı Sabra və Ətatərə bölgələrində, eləcə də cənubdakı Rəfahda fəaliyyət göstərirlər.

    İsrail bu dəstələrin bəzilərini yeməklə təmin etmək qarşılığında öz bölgələrində təhlükəsizliyi təmin etməyə cəlb etməyə çalışıb, lakin bu plan uğursuzluğa uğrayıb. HƏMAS bu qruplara ciddi xəbərdarlıq göndərib.

    Bəzi tayfa liderlərinin İsraillə əməkdaşlığa cəhd etməsi nəticəsində HƏMAS üç nəfəri oğurlayıb və sonra onları qətlə yetirib. Buna baxmayaraq, İsrail, xüsusilə cənubda – Rəfah, sonra isə Xan Yunis, Deyr əl-Bəlah və Qəzza şəhərinə qədər olan ərazilərdə yeni qrupları dəstəkləməyə çalışır.

    Deyr əl-Bəlahdakı yeni qruplar

    Son dörd ayda Qəzzanın qərbində yerləşən Deyr əl-Bəlahın şərq hissəsində iki tayfaya – Əbu Xaməş və Əbu Muqsibə – mənsub yeni qruplar ortaya çıxıb.

    Bu qrupların lideri və ya siyasi məqsədi məlum deyil. Onlar əsasən yardım maşınlarını oğurlamaq və bu yardımı İsrail qüvvələrinin yaxınlığında yerləşən ərazilərə daşımaqla məşğuldurlar. Bu yardımlar sonradan qara bazarda baha qiymətə satılır.

    2024-cü ilin martında atəşkəs razılaşmasının İsrail tərəfindən pozulmasından sonra baş verən xaos bu qrupların meydana çıxmasına səbəb olub. İyulun 4-də HƏMAS bu qruplardan bir neçəsinin üzvlərini edam edib. Onlar İsrailin mövcud olduğu bölgələrdən qaçmağa çalışsalar da, HƏMAS onlara çata bilib.

    Ertəsi gün Əbu Muqsib tayfasının üzvləri Deyr əl-Bəlahdakı Əqsa şəhidləri xəstəxanasını mühasirəyə alıblar. Bu hadisə daha əvvəl Əbu Şəbbab və “Bərbəx” tayfasının Xan Yunisdəki hərəkətlərini xatırladır. Lakin HƏMASa bağlı silahlı şəxslər onlara atəş açaraq hadisə yerindən uzaqlaşıblar.

    Rami Həls

    Qəzzanın şərqində yerləşən Şücaiyyə məhəlləsində “Rami Həls” adlı şəxsin rəhbərlik etdiyi yeni bir silahlı qrup peyda olub. Bu qrup təxminən 20 nəfərdən ibarətdir. “Yadiot Ahronot” qəzeti onun haqqında məlumat yayıb, lakin qrupun digərləri ilə əlaqəsi olub-olmadığı məlum deyil.

    Şücaiyyədən olan yerli mənbələr bildirir ki, Rami Həls bir müddət HƏMAS təhlükəsizlik orqanları tərəfindən həbs olunub. HƏMASa yaxın mənbələr onun İsrailin “Şabak” kəşfiyyat orqanından ciddi dəstək aldığını, Şücaiyyədəki tunellər və partlayıcı maddələr haqqında məlumatlar topladığını, və İsrail əsgərlərinə qarşı təhdid təşkil edən silahlıları öldürdüyünü bildirirlər.

    Həls tayfasının böyükləri bir bəyanatla çıxış edərək ailənin adını bu cür “şübhəli işlərə” qarışdıran hər kəsin qanuni və ənənəvi yollarla cəzalandırılacağını bildiriblər. Onlar “İsrail işğalına qarşı aparılan milli və qanuni mübarizəyə” sadiq olduqlarını vurğulayıblar.

    “HƏMAS” mənbələri bildiriblər ki, son günlərdə Qəzza şəhərinin mərkəzində qarışıqlıq yaratmağa çalışan silahlı qruplar izlənilib. Onlarla atışma baş verib, sonra isə bu şəxslər Zeytun məhəlləsinin cənubuna – İsrail qüvvələrinin olduğu əraziyə qaçıblar.

    Mənbələrin bildirdiyinə görə, HƏMAS və digər fələstinli qruplar bu “şübhəli qruplara” qarşı sərt tədbirlər görmək qərarı alıblar. Hal-hazırda HƏMAS müxtəlif strukturları bu casusları, silahlı dəstə üzvlərini və oğurluqda iştirak edənləri izləməklə məşğuldur. Bu qruplar hələlik məhdud fəaliyyət göstərsə də, planlı şəkildə hərəkət edirlər və yaxın gələcəkdə atəşkəs olsa, daha sərt tədbirlər görüləcək.

    İsrailin planları

    İsrail bu müharibə dövründə Qəzzada tayfaları və silahlı dəstələri HƏMASa qarşı qaldırmaq, hətta onları yerli idarəetmə strukturlarına çevirmək planlarını inkar etməyib. Bu “müharibədən sonrakı gün” planının bir hissəsidir.

    Lakin bu cəhdlər istənilən nəticəni verməyib. Məsələn, Əbu Şəbbab Rəfah əhalisini təxliyə olunmuş düşərgələrə qayıtmağa çağırsa da, bu çağırışdan dörd həftə keçməsinə baxmayaraq nəticə əldə olunmayıb.

    Mənbələr bildirir ki, bu qrupların sayı hər bir bölgədə bir neçə on nəfəri keçmir. Onlara rəhbərlik edən şəxslər daha əvvəl nə tayfa, nə təşkilat səviyyəsində nüfuz sahibi olmayıblar.

    “HƏMAS” əvvəllər də bu cür çağırışlarla qarşılaşıb. “Fəth” hərəkatına yaxın bəzi nüfuzlu tayfalar hərəkata qarşı çıxıb, lakin “HƏMAS” bu tayfalara qarşı hərbi güc tətbiq edərək bəzilərini öldürüb, bəzilərini isə həbs edib.

    Bəzi vaxtlarda “Fəth”, “İslami Cihad” və digər qruplardan ayrılan silahlı dəstələr yaranıb və onlar Fələstin Muxtariyyəti və Qərb sahilindəki rəhbərlikdən kənar mübarizə aparıblar.

    Ən təhlükəli çağırış isə illərlə “əl-Qaidə” və “İŞİD” kimi qrupların ideologiyasını daşıyan qrupların yaranması olub. Bu qruplar HƏMASın obyektlərinə, restoranlara, mağazalara qarşı hücumlar həyata keçiriblər.

    HƏMAS bu qruplara qarşı sərt əməliyyatlar keçirərək onların fəaliyyətini minimuma endirib və onların artıq real təhlükə təşkil etmədiklərini bildirir.

    Mənbələr bildirir ki, HƏMAS bu qruplara qoşulmuş üzvlərini yenidən təşkilatına cəlb edib, bəzilərini ideoloji baxımdan tərbiyələndirib, digərlərini isə “ictimai qaydanı pozmaq” və ya İsrailə raket atmaq kimi fəaliyyətlərə görə həbs edib. Bəziləri isə İsrailin Qəzzaya qarşı hazırkı müharibəsində HƏMAS hərbi qanadı “Əl-Qəssam Briqadaları”nın tərkibində döyüşərək həlak olublar. Digərləri isə başqa qrupların tərkibində döyüş zamanı öldürülüblər.

    #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İran və HƏMAS əlaqələri #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS rəsmisi Usamə Həmdan #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Əqsa Tufanı əməliyyatı #Yasir Əbu Şəbab
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir İsraili Qəzzada vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

    30 May 2026 22:24

    Beynəlxalq ictimaiyyət bu iddialara necə reaksiya verəcək?

    30 May 2026 20:47

    Qəzzada ölənlərin sayı 72 938 nəfərə çatıb

    30 May 2026 19:21

    Avropa İttifaqı niyə məhz indi yeni sanksiyalar tətbiq etdi?

    29 May 2026 22:09

    İsrailin son qərarı atəşkəs üzrə müzakirələri gücləndirdi

    29 May 2026 21:26

    Qəzzada yeni köç dalğası başlayır? Fələstinlilər Netanyahu’nun qərarından narahatdır

    29 May 2026 19:09

    Benyamin Netanyahu Qəzzada İsrail nəzarətinin 70 faizə qədər genişləndirilməsini istəyir

    28 May 2026 22:27

    İsrail BMT baş katibi ilə əlaqələri dayandırdığını açıqlayıb

    28 May 2026 21:41

    Qəzzada öldürülən HƏMAS liderləri “şəhid” elan olundu

    28 May 2026 21:33

    Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb

    27 May 2026 20:40

    HƏMAS Qəzzada hərbi rəhbərinin ölümünü təsdiqlədi

    27 May 2026 20:11

    İsrailli hüquq müdafiə təşkilatı 14 həkimin azadlığını tələb etdi

    26 May 2026 19:00
    XƏBƏR LENTİ

    Livandakı atəşkəs müharibənin sonu üçün vacibdir - İran

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Hazırda yayılan məlumatlar yalnız spekulyasiyadır - Əraqçi

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

    Prezident İlham Əliyev: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    Prezident İlham Əliyev: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

    Prezident İlham Əliyev: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

    Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.