Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İrana son zərbə İraqda vurulacaq

    13 Mart 2025 12:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İrana son zərbə İraqda vurulacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Tədqiqatçılar hesab edirlər ki, hal hazırda ABŞ qarşısında olan əsas məsələlərdən bir də , İranın İraqdakı nəzarət səviyyəsini daimi olaraq azaltmalıdır. Bunu genişmiqyaslı hərbi əməliyyatlarla deyil, sərt diplomatiya, sanksiyalarla hədələmə və kəşfiyyat əməliyyatları vasitəsilə etməlidir. Belə tədbirlər İranı həyati əhəmiyyət daşıyan maliyyə mənbəyindən məhrum edəcək və ABŞ-a İran rejimi liderləri ilə danışıqlarda üstünlük qazandıracaq. Daha vacibi isə bu tədbirlər İraqda idarəetməni yaxşılaşdıracaq, çünki bu ölkə uzun müddət İranın nəzarəti altında qalaraq dolayı yolla vassal dövlət halını alıb.

    Tehranın İraqı əldən verməsi inandırıcı deyil. Bunun qismən səbəbi odur ki, bu ölkə İran İslam Respublikası üçün “yağlı tikə” rolunu oynayır. Bu gün isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun xarici əməliyyat qanadı – “Qüds” briqadası İraqda vaxtilə ingilislərin Hindistanda etdiyi şeyi edir. İraq dünyanın beşinci ən böyük neft istehsalçısıdır (İran isə doqquzuncudur) və İran və onun müttəfiqlərindən fərqli olaraq neft ixracına qarşı beynəlxalq sanksiyalara məruz qalmır.

    Nəticədə SEPAH, iraqlı silahlı qruplar, Livandakı “Hizbullah” və hətta Yəməndəki husilər İraq iqtisadiyyatından parazit şəkildə bəhrələnərək varlana bilirlər. Məsələn, İran öz neftini İraq ərazisindən Fars körfəzi vaxsitələ dünyaya sataraq onu, saxta şəkildə “İraq nefti” kimi təqdim edir.

    Digər bir tərəfdən İranın dəstəklədiyi İraq silahlı qrupları birbaşa neft oğurlayır və ya saxta şirkətlər yaradır.

    İranda dəstəklənən iraqlı silahlı qruplar, məsələn, “Asaib Əhl əl-Həqq” və “Kətaib Hizbullah” – hər ikisi ABŞ tərəfindən terror təşkilatı kimi tanınır – nefti birbaşa yataqlardan oğurlayır və ya hökumət tərəfindən subsidiyalaşdırılan yanacağı ədalətsiz şəkildə alan saxta şirkətlər yaradır.

    Bəzən bu oğurluq gizli şəkildə baş verir, lakin digər hallarda açıq şəkildə edilir. 2014-cü ildə İranın dəstəklədiyi iraqlı milislərdən ibarət “Həşdi Şaabi” (HƏŞD) qüvvələri rəsmi olaraq İraq hökumətinin nəzarətinə keçdi və bu, əslində paralel ordu yaratmağa gətirib çıxardı.

    Bu gün HƏŞD hər il İraq hökumətindən 3 milyard dollardan çox vəsait alır, əsasən 250 min döyüşçünün maaşı şəklində. Lakin bu döyüşçülərin çoxu baş nazirin əmrlərinə tabe olmur, əksinə, ABŞ bazalarına raketlər atır və İranın göstərişi ilə Suriyada döyüşürlər. Bəziləri yalnız maaş almaq üçün işə gəlir və demək olar ki, heç bir fəaliyyət göstərmədən əməkhaqqı alırlar.

    Baş nazir əl-Sudani HƏŞD-ə öz iqtisadi imperiyasını yaratmağa da icazə verib. Onlar “Mühəndis Şirkəti” adlı bir iqtisadi nəhəng qurublar. Bu şirkət, 2020-ci ildə ABŞ hava zərbəsi ilə öldürülən keçmiş HƏŞD lideri Əbu Mehdi əl-Mühəndisin adını daşıyır.

    Bu qurum Çin şirkətləri və SEPAH tərəfindən idarə olunan müəssisələrlə əməkdaşlıq edərək İraq hökumətindən neft və tikinti müqavilələri alır. SEPAH-ın İraq iqtisadiyyatındakı biznes imperiyası dini turizm, dərman idxalı, nəqliyyat, rabitə və hərbi sənaye sahələrində böyük üstünlüklərə malikdir.

    İraqda baş nazir əl-Sudani tərəfindən idarə olunan Ali İnkişaf və Yenidənqurma Komitəsi SEPAH-a bağlı şirkətlərə torpaq və digər iqtisadi imtiyazlar verir.

    İran iqtisadi baxımdan İraqa hər zamankindən daha çox ehtiyac duyur. İran hökuməti ağır maliyyə çətinlikləri ilə üz-üzədir, milli valyuta çökməkdədir, ərzaq qiymətləri hər gün artır. 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər İran rialının dəyəri 62% azalıb, inflyasiya orta hesabla 32% təşkil edib.

    İraqın istismar edilməsi İran hökuməti üçün ölkə daxilində əsas xidmətlərin maliyyələşdirilməsinin azsaylı yollarından biridir. Bundan əlavə, İran əmin olur ki, Yaxın Şərqdəki “zərərli fəaliyyətlərinin” böyük bir hissəsinin xərclərini iranlılar deyil, iraqlılar ödəyir.

    İranın İraqdakı nəzarəti simvolik baxımdan da vacibdir. İranın regiondakı müttəfiqlərinin zəifləməsi Tehran rejiminin qeyri-sabit görünməsinə səbəb olub və müxalifətin ruh yüksəkliyini artırıb. İran rəhbərliyi üçün İraqdakı nüfuzunun azalması ölkə daxilində də böyük siyasi və sosial fəsadlar yarada bilər.

    İranın İraqdan sıxışdırılıb çıxarılması asan olmayacaq. Tehran İraq hökuməti daxilində ABŞ-dan daha çox təsir imkanlarına malikdir. Hökumətin bütün sahələrini idarə etməsə də, mühüm anlarda – baş nazir seçimi, SEPAH qüvvələrinin İraq ərazisindən keçidi və ya ABŞ müşavirlərinə hücum edilməsi zamanı Tehranın sözü keçir.

    İran, həmçinin İraq seçkilərinin nəticələrini manipulyasiya etməkdə bacarıqlıdır. 2018-ci ildə keçmiş SEPAH “Qüds” qüvvələrinin komandiri Suriya cəlladı Qasım Süleymaninin göstərişi ilə Adil Əbdülmehdi baş nazir vəzifəsinə gətirildi. 2021-ci ildəki parlament seçkilərində İranın müttəfiqləri ciddi məğlubiyyətə uğrasa da, Tehran yenə də öz istədiyini əldə etdi.

    ABŞ İrana qarşı sərt mövqe sərgiləməlidir

    Tədqiqatçılar hesab edirlər ki, Vaşinqton bu vəziyyəti dəyişə bilər. Bunun üçün İranın planlarını açıq şəkildə ifşa edib qarşısını almalıdır. Son on ildə ABŞ İraq baş nazirlərini, o cümlədən Əbdülmehdi və əl-Sudanini dəstəkləyib, baxmayaraq ki, onlar İranın təsiri altındadırlar.

    ABŞ siyasətçiləri İraqda vətəndaş müharibəsinin başlamasından və ya İŞİD-in yenidən yüksəlməsindən qorxduqları üçün İraq hökuməti ilə münasibətləri qorumağa çalışıblar. Lakin artıq İŞİD Bağdadın qapısında deyil və İranın regiondakı təsiri zəifləyib. İraq yenidən ərəb dünyasına inteqrasiya olunub və ya ən azı inteqrasiya olduğunu iddia edir.

    ABŞ-ın tətbiq edəcəyi sanksiyalar və sərt diplomatiya yalnız İraqda mövqeyini gücləndirmək üçün deyil, həm də İranla nüvə danışıqlarında üstünlük qazanmaq üçün faydalı ola bilər. İran Bağdaddakı təsirini itirməkdən qorxur və bu qorxu ABŞ-ın danışıqlarda əlinə güclü bir rıçaq verə bilər.

    #İŞİD #İraq #İŞİD terror təşkilatı #Qasim Süleymani #Bağdad #Tehran #Hizbullah #Məhəmməd Şia Əl-Sudani #İran sanksiyalar #İran-İraq əlaqələri #İŞİD və şiə qrupları #İran-ABŞ münasibətləri #ABŞ-İran münasibətləri #ABŞ və İran arasında hərbi gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    2 İyun 2026 22:43

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    2 İyun 2026 22:08

    Almaniya kansleri İsraili Livanda “təmkinli olmağa” çağırıb

    2 İyun 2026 20:14

    ABŞ vasitəçiliyi ilə vəziyyəti sabitləşdirə bilərmi?

    2 İyun 2026 20:09

    İsrail və Livan niyə Vaşinqtonda görüşür?

    2 İyun 2026 19:43

    İsrail: Hizbullahın atəşkəs pozuntuları “qəbuledilməzdir”

    2 İyun 2026 19:20

    Hörmüz boğazından neft və LNG daşımaları məhdud şəkildə bərpa olunur

    2 İyun 2026 19:14

    Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında ölənlərin sayı 3,468-ə çatıb

    2 İyun 2026 19:05

    Bəhreyn İran və İraqa səyahəti qadağan edib

    2 İyun 2026 15:43

    İsrailin Livana hücumları davam edərsə, ABŞ ilə danışıqlar dayandırılacaq - Qalibaf

    2 İyun 2026 14:01

    İran ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham etdi

    2 İyun 2026 11:51

    ABŞ ilə mümkün saziş layihəsi hələ də Tehranda incələnir - İran

    2 İyun 2026 11:09
    XƏBƏR LENTİ

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Almaniyada gözəllik müsabiqəsində finala yüksələn hicablı qadın ifrat sağçıların hücumuna məruz qalıb

    Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.