#Məhəmməd Şia Əl-Sudani

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bazar ertəsi İtaliyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibədə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD beynəlxalq koalisiyasının fəaliyyətinə xitam verilməsi prosesini sürətləndirəcəyini bildirib. Baş nazirin bu açıqlamaları İraqın öz iradəsi xaricində Yaxın Şərqdəki münaqişəyə sürükləndiyi bir vaxta təsadüf edir. Xatırladaq ki, bu münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana zərbələr endirməsi ilə başlayıb. Həmin tarixdən bəri İranyönümlü silahlı qruplaşmalar İraqda və regionda ABŞ-ın maraqlarına qarşı demək olar ki, hər gün hücumlar təşkil edir.

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb. Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.

ABŞ Dövlət katibi Marko Rubio İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığında İraqdakı təhlükəsizlik vəziyyəti və siyasi proseslərlə bağlı məsələləri müzakirə edib. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Rubio Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüş zamanı Rubio Suriyanın şimal-şərqində son vaxtlar yaranmış qeyri-sabitlikdən sonra İŞİD terror təşkilatı üzvlərinin İraqdakı təhlükəsiz obyektlərə köçürülməsi və orada saxlanılması istiqamətində İraq hökumətinin təşəbbüsünü və liderliyini təqdir edib.

Suriya prezidenti Əhməd əş-Şəraa, İraq Baş naziri Məhəmməd Sudani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Barzani ilə telefon danışığı aparıb. Suriya Prezident Administrasiyasının yaydığı məlumata görə, Əhməd əş-Şəraa ilə Məsud Barzani arasında keçirilən telefon danışığında Suriyadakı son siyasi və təhlükəsizlik prosesləri, sabitliyin təmin edilməsi və kürdlərin hüquqlarının qorunması müzakirə edilib.

İraqın Baş naziri Məhəmməd Şiə əs-Səudaniyə yaxın mənbələr bildiriblər ki, onun rəhbərlik etdiyi “İnkişaf və Yenidənqurma” bloku ölkədə keçirilmiş parlament seçkilərində böyük uğur əldə edib. Əldə olunan ilkin məlumatlara görə, siyahı təxminən 50 və ya daha çox deputat mandatı əldə edib və yeni parlamentdə ən böyük fraksiya ola bilər.

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.

İraq parlamentinin Maliyyə və Kənd Təsərrüfatı, Su və Batalıqlar komitələri çərşənbə günü axşamı birgə bəyanat yayaraq ölkədəki səlahiyyətlər balansında gərginliyi artıran misilsiz xəbərdarlıq yayıblar. Komitələr milli vəziyyətin pisləşməsindən - xüsusilə su böhranı və maliyyə çətinliklərindən - istifadə edərək Baş nazir Məhəmməd Şiə əs-Sudaninin səlahiyyətlərini məhdudlaşdırmağa və onun hökumətini parlamentin birbaşa nəzarətinə tabe etdirməyə çalışır.

İraq Müstəqil Ali Seçki Komissiyası noyabrın 11-də keçiriləcək parlament seçkilərinə hazırlıqların son mərhələsinə çatdığını bildirib. Qurum seçki mexanizmlərini yekunlaşdırmaqla yanaşı, bir sıra keçmiş və hazırkı deputatların namizədliyini ləğv edib, bu isə ölkədə geniş siyasi mübahisələrə səbəb olub.

İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.

İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub. Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.

Bu arada, Tehran və Təl-Əviv arasında yeni müharibə ehtimalı tez-tez gündəmə gəlir. Eyni zamanda, İraqın hələ də bu müharibənin atəşindən yayınmaq təhlükəsindən çıxmadığı ehtimalları irəli sürülür. ABŞ-ın açıq mesajları dövlət katibi Marko Rubio tərəfindən verildi və bunu Bağdaddakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də təkrarladı. Bu mesajların məğzi “Həşd əş-Şaabi qanunu”nun qəbuluna qarşı çıxmaq idi. Buna cavab olaraq Xameneinin müşaviri İranda Həşdin silahsızlaşdırılmasına qarşı olduqlarını bəyan etdi.