Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə 119 şübhəli saxlanılıb - İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir

    18 İyul 2026 16:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə 119 şübhəli saxlanılıb - İŞİD-ə  qarşı əməliyyatlar davam etdirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyədə terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda 30 vilayətdə keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 119 şübhəli saxlanılıb.

    Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin, Respublika Baş Prokurorluqlarının koordinasiyası və vilayət jandarma komandanlıqlarının iştirakı ilə həyata keçirilib.

    Araşdırmalar zamanı saxlanılan şəxslərin terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərdikləri müəyyən edilib.

    İstintaq materiallarına əsasən, şübhəlilərin sosial media hesabları vasitəsilə İŞİD terror təşkilatının təbliğatını apardıqları, təşkilatın fəal üzvləri olduqları, həmçinin terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə İŞİD-ə maliyyə dəstəyi göstərdikləri müəyyən olunub.

    Respublika Baş Prokurorluqları saxlanılan 119 nəfər barəsində müvafiq hüquqi araşdırmaların başlandığını açıqlayıb.

    Türkiyənin Daxili İşlər Nazirliyi bəyan edib ki, təhlükəsizlik qüvvələri ilə birlikdə İŞİD terror təşkilatının fəaliyyətinə və maliyyə şəbəkələrinə qarşı əməliyyatlar qətiyyətlə davam etdiriləcək.

    Nazirlik əməliyyatın uğurla həyata keçirilməsində iştirak edən Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin əməkdaşlarını, vilayət jandarma komandanlıqlarını və Respublika Baş Prokurorluqlarını təbrik edib.

    #İŞİD #Maliyyə dəstəyi #119 şüpheli yakalama #Türkiyə təhlükəsizlik əməliyyatı #terör təşkilatına qarşı #qanuni soruşturma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    25 Avqust 2026 14:53

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    Həftar İŞİD-ə qarşı əməliyyata kömək edib

    15 Avqust 2026 13:42

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    9 Avqust 2026 10:05

    Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

    23 İyul 2026 18:06

    Hizbullah İsrail-Türkiyə əlaqələrindəki gərginlikdən necə faydalanır?

    20 İyul 2026 13:31

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    BƏƏ Suriyada terror əməliyyatlarını dəstəklədi və ABŞ-ın sanksiyalarla bağlı qərarını alqışladı

    10 İyul 2026 12:58

    Yenidənqurma ilə bağlı müzakirələr üçün ABŞ-İran qarşıdurması tam dayandırılmalıdır - Almaniya

    1 İyul 2026 18:32

    Çin Afrikada kiminlə vuruşur?

    21 İyun 2026 18:52

    Tramp: ABŞ yox, İran “çarəsiz vəziyyətdədir”

    19 İyun 2026 19:05
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.