Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə hava gücü planlamasında strateji addım atır

    18 Avqust 2025 10:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə hava gücü planlamasında strateji addım atır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəsi KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır.

    AzerVoice xəbər verir ki, Türkiyə hava məkanı müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.

    İngiltərə, Almaniya, İtaliya və İspaniyanın konsorsiumu tərəfindən istehsal edilən Eurofighter üzrə ilkin razılaşma əldə edən Türkiyə, satış və təchizat mərhələsinə keçidlə birlikdə prosesi yaxından izləməyə başlayıb. 40 ədədlik paketin alınması ilə bağlı müqavilə imzalandıqdan sonra, bu təyyarələrin 2 il ərzində Türk Hərbi Hava Qüvvələrinin inventarına daxil olması gözlənilir.

    Eurofighter müqaviləsinin ilin sonuna qədər imzalanması planlaşdırılır. Bu təqvimə əsasən, ilk təyyarələrin 2027-ci ildə Türk Hava Qüvvələrinin inventarına daxil olması nəzərdə tutulur. Ancaq təyyarələrin tam şəkildə əməliyyat qabiliyyətinə malik olması üçün hazırlıq mərhələsi keçiriləcək. Bu müddət ərzində təyyarələr üçün xüsusi hangarların tikilməsi, pilotların təlim alması və texniki heyətin yetişdirilməsi kimi geniş infrastruktur tədbirləri həyata keçiriləcək.

    Əldə olunan məlumatlara görə, Türkiyə yalnız Eurofighter deyil, şərait uyğun olduğu halda F-35 və F-16 qırıcı təyyarələrinin də hər birindən 40 ədəd almaq üçün planlar üzərində işləyir. Türkiyənin bu marağı, hava qüvvələrinin çeşidliliyini və elastikliyini artırmaq strategiyası çərçivəsində dəyərləndirilir.

    Türkiyə, F-16 Blok 70 təyyarələrinin təchizatı ilə bağlı olaraq isə 79 ədəd modernizasiya dəstinin yerli alternativini nəzərdən keçirmək qərarına gəlmişdi. Eyni zamanda, 40 təyyarə və əlaqəli silah sistemlərinin alınması ilə birlikdə layihənin ümumi dəyərinin 23 milyard dollardan 6-7 milyard dollara qədər azaldılması üçün dəyişiklik edilmişdi.

    F-35 məsələsində isə Türkiyənin əlaqələri ən yüksək səviyyədə davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan bu ilin aprel ayında NATO Zirvəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşdükdən sonra verdiyi açıqlamada, “F-35-ləri almaq məsələsində Trampın niyyətinin müsbət olduğunu gördük” demişdi. Bu açıqlama, ABŞ-ın geri addım ata biləcəyi və Türkiyənin F-35 təyyarələrinə sahib ola biləcəyi kimi şərh olunur.

    Qeyd edək ki, Türkiyə F-35 proqramında sənaye tərəfdaşı olmuşdu. Lakin S-400 hava hücumundan müdafiə sistemini almasının ardından proqramdan çıxarılmış və sanksiyalara məruz qalmışdı. Digər tərəfdən, Türk Hərbi Hava Qüvvələri üçün istehsal edilən 6 ədəd F-35A döyüş təyyarəsi isə 2018-ci ildən bəri ABŞ-da anbarlarda saxlanılır.

    #Türkiyənin Milli Müdafiə nazirliyi #Almaniya #KAAN #Türkiyə müdafiə sənayesi #İspaniya #İngiltərə #Eurofighter #Türkiyə Hərbi Hava Qüvvələri #müdafiə sənayesi məhsulları #müdafiə sənayesi #hava müdafiə sistemi #F16 #Türkiyə milli müdafiə strategiyası #Müdafiə siyasəti #Eurofighter Typhoon #Eurofighter Typhoon təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    18 İyul 2026 11:50

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    17 İyul 2026 11:00

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Almaniya, Fransa və Böyük Britaniya İranın Körfəz hücumlarını pisləyib

    13 İyul 2026 19:33

    İran müharibə dövründə pilotsuz uçuş aparatlarının istehsalını üç dəfə artırdığını açıqlayıb

    11 İyul 2026 20:46

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

    10 İyul 2026 20:04

    İran əməliyyatları üçün ordu tam hazırdır - İsrael Kats

    9 İyul 2026 22:33
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.