Türkiyənin Kocaeli vilayətində, Gölcük Tərsanə Komandanlığında keçirilən TEKNOFEST Mavi Vatan tədbirinə həftəsonu böyük ziyarətçi marağı müşahidə olunur. Milli Müdafiə Nazirliyi və Türkiyə Texnologiya Komandası Vəqfinin əsas təşkilatçılığı ilə keçirilən festivalda Türkiyənin dəniz qüdrətini nümayiş etdirən 37 hərbi gəmi və müxtəlif dəniz platforması sərgilənir.
#Türkiyə müdafiə sənayesi
Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın Bayraktar TB3 və KIZILELMA pilotsuz uçuş aparatlarına qədər genişlənməsi Yunanıstan mətbuatında narahatlıqla qarşılanıb. Yunanıstanın “Naftemporiki”, “Enikos” və “SLpress” nəşrləri Baykar ilə İtaliyanın Leonardo şirkəti arasındakı əməkdaşlığın Türkiyənin Avropa müdafiə sənayesində təsirini artırdığını yazıb.
Türkiyənin müdafiə sənayesi şirkətlərindən HAVELSAN buludaltı əməliyyatlar üçün hazırladığı yeni avtonom pilotsuz uçuş aparatı (PUA) BOZBEY-i təqdim edib. Şirkətin yayımladığı tanıtım videosunda yerli sistemin pilotsuz quru, dəniz və hava platformaları ilə tam inteqrasiya şəraitində fəaliyyət göstərə bildiyi nümayiş etdirilib.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də Məkkədə imzalanan “Məkkə Birgə Müdafiə Sazişi” regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Saziş tərəflərdən birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum hesab edilməsini nəzərdə tutan kollektiv müdafiə mexanizmi ilə üç ölkənin hərbi və strateji imkanlarını bir araya gətirir.
Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın yeni prototipi ilk taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub. Ölkənin müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab edilən KAAN proqramı çərçivəsində hazırlanmış iki yeni prototip ilk dəfə ictimaiyyətə təqdim olunub. Bu platformalar ötən il ilk uçuşunu həyata keçirən ilkin prototiplə müqayisədə bir sıra texniki yeniliklər və konstruktiv dəyişikliklərlə fərqlənir.
Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN gənc mütəxəssislər üçün nəzərdə tutulan "LEVEL-UP AI/ROKETSAN Süni İntellekt Hackathonu" proqramına qeydiyyatın başladığını elan edib. Proqram çərçivəsində Edge AI, maşın öyrənməsi, böyük dil modelləri, avtonom sistemlər və məlumat elmi istiqamətlərində təlimlər, texniki seminarlar, panel müzakirələri və 48 saatlıq hackathon təşkil olunacaq.
Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin baş direktoru Mehmet Demiroğlu şirkətin davam edən və gələcək aviasiya layihələri ilə bağlı yeni açıqlamalar verib. Demiroğlu Böyük Britaniyada keçirilən Farnborough Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində təşkil olunan mətbuat konfransında HÜRKUŞ təlim təyyarəsi, HÜRJET döyüş təlim platforması, KAAN milli qırıcı təyyarəsi və T70 helikopter proqramının son vəziyyəti barədə məlumat verib.
Türkiyənin Baykar və İtaliyanın Leonardo şirkətlərinin birgə təsis etdiyi LBA Systems şirkəti Bayraktar TB3 platforması əsasında hazırlanan yeni pilotsuz uçuş aparatını (PUA) İngiltərədə keçirilən Farnborough Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısının yekununda keçirdiyi mətbuat konfransında ölkəsinin müdafiə siyasəti, ABŞ ilə hərbi əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət və NATO daxilində əməkdaşlıqla bağlı bir sıra mühüm açıqlamalar verib.
NATO-da yeni dövrə qədəm qoyulur və Türkiyə müdafiə sənayesi sahəsində qlobal mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib. Onun sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi əhəmiyyətli transformasiya mərhələsindən keçib. Müdafiə və aviasiya sənayesi məhsullarının ixracı son bir il ərzində 11 milyard ABŞ dollarını ötüb. İxracın yarıdan çoxu NATO müttəfiqləri və Avropa İttifaqına üzv ölkələrə həyata keçirilib.
Türkiyənin müdafiə sənayesi şirkətləri NATO-nun gələcək çəkindirmə strategiyasının əsasını təşkil edəcək layihələrdə iştirak edəcək. Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda bildirib.
Türkiyənin milli müdafiə sənayesi 2025-ci ildə ixrac üzrə tarixi nəticə əldə edib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən Müdafiə Sənayesi İşgüzar Naharında məlumat verib.